Accessibility links

AŞPA-nın həmməruzəçiləri Azərbaycanda səfərdədirlər


Avropa Şurası
Avropa Şurası

Bu barədə Avropa Şurası Parlament Asssambleyasının mətbuat xidməti məlumat yayıb

Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Tadeuş İvinski və Pedro Aqramunt marıtn 2-3-də Azərbaycanda səfərdə olacaq.

Bu barədə Avropa Şurası Parlament Asssambleyasının mətbuat xidməti məlumat yayıb.


Səfər çərçivəsində həmməruzəçilərin Milli Məclisin spikeri Oqtay Əsədov, Azərbaycanın AŞPA-da təmsil olunan nümayəndə heyətinin üzvləri, baş prokuror, ədliyyə naziri, media, vətəndaş cəmiyyəti üzvləri ilə görüşü nəzərdə tutulur.

Avropa Şurasının Bakıdakı ofisinin təşkilatçılığı ilə həmməruzəçilər parlamentdə təmsil olunmayan partiya üzvləri ilə də görüşəcəklər.

XS
SM
MD
LG