Accessibility links

Amnesty International: Avropa Oyunlarına ev sahibliyi edəcək Azərbaycanda insan haqları ən aşağı həddə çatıb


Amnesty International
Amnesty International

Avropa Oyunları iyunun 12-də başlanacaq

İlk Avropa Oyunlarına ev sahibliyi edəcək Azərbaycanda insan haqları ən aşağı həddə çatıb. Bu barədə oyunlara 100 gün qalmış "Amnesty International" hüquq-müdafiə təşkilatı çıxış edib.

"Amnesty İnternational" yeni hesabatında bildirir ki, hazırda azı 22 vicdan məhbusu "saxtakarlıq, mənimsəmə, qanunsuz narkotik maddələrdən istifadə və hətta casusluq kimi qurama ittihamlarla mühakiməsini gözləyir".

Avropa Oyunları iyunun 12-də başlanacaq, 50 ölkədən 6 min atlet 20 olimpiya və qeyri-olimpiya idman növləri üzrə yarışacaq.

"Bu beynəlxalq tədbir heç kəsin gözünü qamaşdırmasın, heç kəs aldanmasın. Azərbaycan tərtəmiz beynəlxalq imic qazanmaq və xarici biznesi cəlb etmək istəyir", "Amnesty İnternational»ın Avropa və Orta Asiya üzrə direktoru John Dalhusein deyir.

"Bu ölkənin hakimiyyəti Avropanın ən repressiv rejimləri sırasındadır. Həbsdə olan fəalların və hüquq müdafiəçilərinin sayına görə mükafat verilsəydi, medal qazanardı", o qeyd edir.

"The Guardian" yazır ki, Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Thomas Bach gələcəkdə Olimpiya tədbirlərinin keçiriləcəyi ölkələrdə insan haqlarının durumunu da nəzərə almağa söz verib.

"Amnesty İnternational"ın hesabatında həbsdə olan hüquq müdafiəçiləri Leyla və Arif Yunuslar, Rəsul Cəfərov, İntiqam Əliyev, jurnalist Xədicə İsmayılovanın adları çəkilir.

"Son həbslər vətəndaş cəmiyyətini iflic edib və ifadə azadlığının "qapağını" bağlayıb. Bununla da müstəqillik qazanandan bəri ölkədə insan haqları ən aşağı həddə çatıb", - Dalhusein deyir.

"Azərbaycanın neft dollarlarına göz dikən beynəlxalq ictimaiyyət isə ölkənin repressiv taktikası və insan haqları pozuntularına göz yumub, susub. Bu, barmaqlıqlar arxasında qalanlara arxa çevirməkdir".

"Amnesty İnternational" Azərbaycan hakimiyyətini bütün vicdan məhbuslarını dərhal və qeyd-şərtsiz azadlığa buraxmağa, onlarla pis rəftar iddialarını hərtərəfli və qərəzsiz araşdırmağa çağırır.

Təşkilat hakimiyyəti çağırır ki, "ifadə və birləşmə azadlıqlarından istifadə edənlərin hədələnməsi və cinayət məsuliyyətinə cəlb olunmasına son qoysun".

Avropa Oyunlarının təşkilatçısı- Bakı-2015 bu hesabata şərh verməkdən imtina edib.

Hakimiyyət ölkədə siyasi məhbus, vicdan məhbuslarının olmadığını bildirir, ümumiyyətlə, bu anlayışları qəbul etmir.

"Amnesty International" və digər hüquq-müdafiə təşkilatlarının tənqidi hesabatları isə bir qayda olaraq, "qərəzli", "qeyri-obyektiv" adlandırılır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG