Accessibility links

Elmar Məmmədyarov Lüksemburqa gedib


Elmar Məmmədyarov
Elmar Məmmədyarov

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov aprelin 20-də Lüksemburqa gedib.

Nazirliyin məlumatına görə, nazir orada keçiriləcək "Şərq Tərəfdaşlığı"nda iştirak edən və Avropa İttifaqına (Aİ) üzv ölkələrin xarici işlər nazirlərinin 6-cı görüşündə iştirak edəcək.

Görüşdə, əsasən mayın 21-22-də Riqada keçiriləcək "Şərq Tərəfdaşlığı" sammitinə hazırlıq məsələləri müzakirə olunacaq. Konfransda Aİ-nin Latın Amerikası və Karib dənizi ölkələri ilə münasibətləri, Liviya, Yəmən məsələsi və İranın nüvə proqramı müzakirə ediləcək.

XS
SM
MD
LG