Accessibility links

Bakı-2015 Avropa Oyunlarının məşəl proqramının təqdimatı olub


Bakı-2015-in məşəli aprelin 26-da Atəşgah məbədində alovlandırılacaq və 5 500 kilometr məsafə qət edəcək

Aprelin 20-də Bakı-2015 Avropa Oyunlarının məşəl proqramının təqdimatı keçirilib.

Trend agentliyinin məlumatına görə, təqdimatda Azərbaycanın gənclər və idman naziri və Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin (BAOƏK) baş icraçı direktoru Azad Rəhimov, BAOƏK-in əməliyyatlar üzrə baş direktoru Saymon Kleq, Bakı-2015-in Mərasimlər şöbəsinin direktoru Katerin Uqvu və digər qonaqlar iştirak edirlər.

Tədbiri giriş sözü ilə açan gənclər və idman naziri A.Rəhimov qeyd edib ki, Avropa Oyunları Avropa idmanı və Azərbaycan üçün tarixi hadisədir: "Bu, Avropa ailəsinin müstəqil, gələcəyə ümidlə baxan bir üzvü kimi, ölkəmizin inkişafına böyük təsir göstərəcək".

Nazir qeyd edib ki, Bakı-2015-in məşəli aprelin 26-da Odlar Yurdu Azərbaycanın qədim və müqəddəs Atəşgah məbədində alovlandırılacaq.

A.Rəhimov bildirib ki, ölkə boyunca 60 rayona səyahət edərək Oyunların ruhunu yayacaq və insanların qəlblərini isidəcək alov 47 gün sonra, iyunun 12-də təşkil olunacaq açılış mərasiminədək təxminən 5500 km məsafə qət edəcək: "Özünəməxsusluğu ilə fərqlənəcək bu səyahət Azərbaycanın tarixi, təbii imkanları, idman və mədəni sahədəki uğurlarını nümayiş etdirəcək".

Nazir deyib ki, 660 sm hündürlüyü olan məşəlin gövdəsi Bakı-2015 brendində yer alan nar ağacını xatırladır. Onun sözlərinə görə, alovu qoruyan mis başlıq da nar formasındadır - onun 50 dənəsi Oyunlarda iştirak edən ölkələrin sayını təmsil edir.

A.Rəhimov vurğulayıb ki, alov hər məntəqədə Məşəl və Oyunların brendindən götürülmüş, nar ağacı motivləri əsasında Azərbaycanın milli-mədəni dəyərlərini əks etdirərək hazırlanmış neftlə yanan çıraqlara ötürüləcək.

Daha sonra Məşəlin və Çırağın dizaynı ictimaiyyətə təqdim edilib.

Dünyaya Baxış

Dünyaya Baxış. "Meydan TV"nin jurnalisti həbsdə qaldı
please wait

No media source currently available

0:00 0:10:58 0:00
XS
SM
MD
LG