Human Rights Watch (HRW) beynəlxalq hüquq-müdafiə təşkilatı hüquq müdafiəçisi İntiqam Əliyevin 7,5 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökmü pisləyib.
“Bu gün Azərbaycanda azadlıq və insan hüquqları üçün ağır gündür. Azərbaycanda insan hüquqları pozuntularının qurbanları ən güclü hüquq müdafiəçisini itirdilər”, - HRW-nin Cənubi Qafqaz üzrə nümayəndəsi Georgi Qoqiya İ.Əliyevin barəsində siyasi xarakterli hökmü şərh edərkən deyib.
Azərbaycanın siyasi tərəfdaşları “rəsmi Bakının ədaləti ələ salmasına son qoymalıdırlar”, - G.Qoqiya qeyd edib
O, İ.Əliyevin dərhal, qeyd-şərtsiz azad edilməsinə çağırıb.