Accessibility links

Sərhədsiz Reportyorlar Rauf Mirqədirova azadlıq tələb edir


Sərhədsiz Reportyorlar:
Sərhədsiz Reportyorlar:

"Sərhədsiz Reportyorlar" beynəlxalq hüquq müdafiə təşkilatı "Zerkalo" qəzetinin əməkdaşı Rauf Mirqədirovun həbsinin sentyabrın 19-dək uzadılması barədə məhkəmənin qərarını qınayır.

Dövlətə xəyanətdə suçlanan Rauf Mirqədirovun barəsində həbs qətimkan tədbiri bu günlərdə daha 4 ay uzadılıb. Rauf Mirqədirov 2014-cü il aprelin 19-da Türkiyədə saxlanıv və Azərbaycana göndərilib.Jurnalist Bakı Hava limanında həbs edilib. O Ermənistanın xeyrinə casusluqda günahlandırılaraq dövlətə xəyanətdə ittiham olunur.

“Rauf Mirqədirovun həbsi bizi dərindən hiddətləndirir. Heç bir şübhə yoxdur ki, onun həbsi siyasi xarakterlidir. Biz yenidən Azərbaycan hakimiyyətindən təqiblərə son qoyaraq bu jurnalistin azadlığa buraxılmasına çağırırıq”, Sərhədsiz Reportyorların Şərqi Avropa və Mərkəzi Asiya üzrə rəhbəri Johann Bihr deyir.

Təşkilat jurnalist Rauf Mirqədirova qarşı irəli sürülmüş ittihamları absurd sayır və onun həbsinin məhkəməyə qədər uzadılmasını qanunsuz hesab edir.

Sərhədsiz Reportyorlar Mirqədirovun həbsinin uzadılmasını Azərbaycanda KİVl-ərə qarşı görünməmiş təzyiqlərin sərt fonunda baş verdiyini deyir.

Eyni zamanda, jurnalist Xədicə İsmayılovanın həbs müddətinin 6-cı ayının başlandığını xatırladıb.

Azərbaycan Sərhədsiz Reportyorların 2015-ci il mətbuat azadlığı indeksində 180 ölkə arasında 162-ci yeri tutur.

XS
SM
MD
LG