Accessibility links

Prokuror AXCP fəalına 7 il həbs istəyib


Elvin Abdullayev (Foto Elvin Abdullayevin Facebook səhifəsindən götürülüb)
Elvin Abdullayev (Foto Elvin Abdullayevin Facebook səhifəsindən götürülüb)

Elvin Abdullayev narkotik ittihamını siyasi sifariş sayır

Bakı Ağır Cinayətlər Məhkəməsində prokuror qanunsuz narkotik dövriyyəsində ittiham olunan Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Gənclər Komitəsinin üzvü Elvin Abdullayevə məhkəmədən 7 il həbs istəyib.

Vəkil Əli Mehdiyev Amerikanın Səsinə bildirib ki, müdafiə tərəfi Abdullayevə bəraət verilməsində israr edəcək, belə ki, polis əməkdaşlarının öz ifadələrindən başqa, işdə fəalın təqsirinin sübutu yoxdur. Bundan başqa, istintaq kobud qanun pozuntuları ilə aparılıb.

Abdullayevin geyiminə baxış saxlanıldıqdan 8 saat sonra keçirilib, bütün bu müddət ərzində isə o, əli qandallı saxlanılıb. Dindirmə isə növbəti gün keçirilib.

Abdullayev hesab edir ki, o, müxalif fəaliyyəti ilə əlaqədar siyasi motivlərlə təqib olunur.

2015-ci il yanvarın 18-də E.Abdullayev təhsil aldığı universitetdə imtahan verdikdən sonra saxlanılıb və guya üzərindən 3 qr həcmində heroin götürülüb. E.Abdullayevə qarşı 234.4.3-cü (böyük ölçüdə narkotik maddənin qanunsuz dövriyyəsi) maddəsi ilə ittiham irəli sürülüb. Lakin tələbə bildirib ki, narkotiki onun üzərinə qəsdən atıblar və o, ittihamı siyasi sifariş hesab edir.

Fəalın anası Zülfiyyə Abdullayeva bildirib ki, oğlunun təqibinin əsl səbəbi tələbələr arasında demokratiya ideyalarını təbliğ etməsi və hökumətin siyasətini tənqid etməsidir.

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp Ağ Ev aparat rəhbərinin adını açıqladı
please wait

No media source currently available

0:00 0:10:02 0:00
XS
SM
MD
LG