Accessibility links

Barak Obama Respublika Günü münasibətilə İlham Əliyevi təbrik edib


Amerika Birləşmiş Ştatlarının prezidenti Barak Obama 28 May - Respublika Günü münasibətilə Azərbaycan prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Barak Obamanın məktubunda deyilir:

“1918-ci ildə dünyada əhalisinin əksəriyyəti müsəlman olan ilk dünyəvi demokratik dövlətin qurulmasını qeyd etdiyiniz zaman, bilin ki, Birləşmiş Ştatlar bütün azərbaycanlılar üçün daha çiçəklənən, daha demokratik gələcəyi həmin miras əsasında təmin edən Azərbaycan ilə əməkdaşlığa sadiqdir”.

ABŞ prezidenti Barak Obama məktubda vurğulayır ki, Azərbaycan müstəqilliyini qazandığı vaxtdan ABŞ Azərbaycanın təhlükəsizliyinə, demokratik və iqtisadi inkişafına güclü dəstək verir.

“Biz bunu ikitərəfli münasibətlərimizi, bir çox sahələrdə tərəfdaşlığımızı, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin, Əfqanıstanda sabitliyin təşviqini və Avropanın enerji təchizatının şaxələndirilməsini yüksək dəyərləndirdiyimiz üçün edirik”.

"Tərəfdaşlığımız həmçinin xalqlarımız arasında əlaqələr sayəsində güclənir. Bütün vətəndaşların fundamental azadlıqlarının təmin edilməsi hər iki ölkənin təhlükəsizliyini möhkəmləndirəcək və hökumətlərimiz arasında daha sıx əlaqələndirməyə imkan yaradacaqdır”, deyə ABŞ prezidentinin məktubunda deyilir.

Məktub bu sözlərlə bitir: “Lütfən, milli bayramınız münasibətilə ən xoş arzularımı qəbul edin”.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG