Accessibility links

Vladimir Putin: Biz konstruktiv siyasi dialoqun genişlənməsini təmin edəcəyik


Russia's President Vladimir Putin and Azerbaijan's president Ilham Aliev
Russia's President Vladimir Putin and Azerbaijan's president Ilham Aliev

Rusiya prezidenti Ilham Əliyevi Respublika Günü münasibətilə təbrik edib

Rusiya prezidenti Vladimir Putin Azərbaycan prezidenti İlham Əliyevi 28 May - Respublika Günü münasibətilə təbrik edib.

Təbrikdə deyilir:

"Milli bayramınız – Respublika Günü münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Sizin ölkəniz sosial-iqtisadi, elmi-texniki və mədəni inkişaf yolu ilə inamla irəliləyir. Azərbaycanın dünya arenasında nüfuzu artır.

Möhkəm dostluq, mehriban qonşuluq və qarşılıqlı hörmət ənənələrinə əsaslanan Rusiya-Azərbaycan münasibətlərinin yüksək səviyyəsini məmnuniyyətlə qeyd edirəm. Əminəm ki, biz konstruktiv siyasi dialoqun genişlənməsini, bütün istiqamətlərdə səmərəli əməkdaşlığın güclənməsini bundan sonra da birgə səylərimizlə təmin edəcəyik. Bu, ölkələrimizin əsaslı maraqlarına cavab verir, beynəlxalq sabitliyin və təhlükəsizliyin möhkəmlənməsi məcrasında inkişaf edir", təbrikdə deyilir.

XS
SM
MD
LG