Accessibility links

Azərbaycan müxalifəti 28 May-Respublika Gününü qeyd edir [Video & Fotoqalereya]


Azərbaycan müxalifəti 28 May-Respublika Gününü qeyd edir
Azərbaycan müxalifəti 28 May-Respublika Gününü qeyd edir

Müxalifət Respublika Gününü Rəsulzadənin anadan olduğu Novxanı kəbdində onun abidəsi önündə bayram mitinqi ilə qeyd edib

Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 97-ci ildönümü ilə əlaqədar Demokratik Qüvvələrin Milli Şurası Novxanı kəndində Məhəmməd Əmin Rəsulzadənin abidəsini ziyarət edib.

Milli Şuranın sədri Cəmil Həsənli Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixindən, yaradıcılarından danışıb:

O, çıxışında deyir:

Azərbaycan müxalifəti 28 may -Respublika gününü qeyd edib
please wait

No media source currently available

0:00 0:05:02 0:00

"Cümhuriyyəti yaradanlar təkcə mallarını yox, canlarını da millət yolunda fəda ediblər. Biz Rəsulzadə haqqında ilk həqiqətləri Əbülfəz Elçibəydən eşitmişik. O, sovet qadağalarına baxmayaraq, Rəsulzadənin gördüyü işlər barədə gizli otaqlarda yox, auditoriyalarda çıxışlar edirdi. O, həmin dövrün gənclərində dövlətçilik, cümhuriyyətçilik fikri formalaşdırıb. 20 ildən artıqdır torpaqlarımız işğal altındadır. 20 ildir ki, bu qədər sərvətə, imkanlara baxmayaraq Şuşa üçrəngli bayrağa həsrətdir. Amma, cümhuriyyətçi babalarımız çox kiçik imkanlarla bunlara nail olmuşdu".

"Cümhuriyyətçilər dağınıq toplumdan millət yaratdılar. Bu milləti yaşatmaq bu günkü gəncliyin borcudur".

AXCP rəhbəri də çıxış edib. Əli Kərimli çıxışında cümhuriyyət qurucularına lazımi dəyərin verilməməsindən danışıb:

«Qurucu babalarımız çox haqsızlığa məruz qalıb, onları yaddaşlardan silmək istəyiblər. Bu gün də onlara qarşı ögey və qısqanc münasibət davam edir. Onların haqqı dövlət səviyyəsində tanınmır. Bu bizi incidir.

Amma, burada təəccüblü heç nə yoxdur. Hazırki acgöz hakimiyyət Rəsulzadə təvazökarlığını necə anlaya bilər? Monarxiya qurmaq istəyənlər 1918-ci ildə dünyanın yalnız 25 millətinin cümhuriyyət qurduğu zamanda milləti həmin 25-lərin arasına gətirmiş insanları, bunu 97 il öncə etmiş dahiləri insanları necə anlaya bilər?

Bu qədər müddət ərzində Azərbaycanda cümhuriyyət ideyaları hələ də diri qalır. Çünki bu, təkcə şanlı tariximiz deyil, həm də getdiyimiz yol, hədəfimizdir. Cümhuriyyət ideyaları bizi vaz keçməməyə, indiki vəziyyətlə barışmamağa çağırır. İndi sıra bizimdir. Cümhuriyyət prinsiplərini qurucu babalarımızın istədiyi kimi bərpa etməliyik.

Əminəm ki, indi yaşadıqlarımız keçici, qısa dövr kimi tarixdə qalacaq. Atalar üçdən deyib. Sizı əmin edirəm ki, üçüncü dəfə cümhuriyyəti quracağıq və o, davamlı olacaq».

****

Mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 97-cı ildönümü ilə əlaqədar müxalifət partiyaları və vətəndaş cəmiyyətinin fəalları Məhəmməd Əmin Rəsulzadənin Novxanıdakı abidəsini ziyarət edirlər.

Ilk öncə Müsavat Partiyası İstiqlal gününü Məhəmməd Əmin Rəsulzadənin Novxanıdakı abidəsi önünə yığışaraq qeyd edib.

"Bu gün İlham Əliyev Azərbaycandakı siyasi məhbusların, həbsdə olan jurnalist, vətəndaş cəmiyyəti nümayəndələrinin sayına görə liderlik əldə edib".

Bunu Müsavat Partiyasının keçmiş lideri, Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər deyib.

O, Müsavatın Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 97-ci ildönümü ilə əlaqədar mayın 28-də Novxanıda Məhəmməd Əmin Rəsulzadənin abidəsi önündə keçirdiyi tədbirdə çıxış edib.

Bildirib ki, 28 May Azərbaycan xalqı üçün ən şərəfli günlərdən biridir və artıq bütün dünyada keçirilən tədbirlərdə cümhuriyyətin qurucusunun məhz Məhəmməd Əmin Rəsulzadə olduğu xüsusi vurğulanır.

Müsavat partiyası 28 may -Respublika gününü qeyd edir
Müsavat partiyası 28 may -Respublika gününü qeyd edir

İsa Qəmbər çıxışında ölkədə baş verən son olaylara, xüsusən də Binəqədi rayonunda 15 nəfərin ölümü ilə nəticələnən yanğına da münasibət bildirib:

"Hakimiyyətin acgözlüyü körpələrimizin ölümünə səbəb olur. Mayın 19-da baş verən faciədə ölənlərin qatili hakimiyyətdir, onların səhlənkarlığı, acgözlüyüdür. Xalqın təhlükəsizliyinə, azadlığına ən böyük təhdid hakimiyyətdir".

Tədbirdə digər müsavatçılar da çıxış edib.

Onlar öz çıxışlarında prezident İlham Əliyevi bu bayram günündə əfv fərmanı imzalamağa, siyasi məhbusları azad etməyə çağırıblar.

Azərbaycan müxalifəti 28 may -Respublika gününü qeyd edir
please wait

No media source currently available

0:00 0:03:51 0:00

XS
SM
MD
LG