Accessibility links

Azərbaycan ATƏT-in Bakı ofisini bağlayır?


Rəsmi Bakı Qərblə münasibətləri daha da sərtləşdirmək yolunda irəliləyir. ATƏT-in Bakıdakı əlaqələndirici ofisinin bağlanması qərarını məhz belə qiymətləndirmək olar.

Turan agentliyinə diplomatik mənbələrdən məlum olub ki, müvafiq məktub iyunun 3-də Azərbaycan Xarici İşlər Nazirliyindən ATƏT-in Vyanadakı baş ofisinə göndərilib.

“Azərbaycan hökuməti qeyd edir ki, artıq ATƏT-in Layihələr Koordinatorunun Bakıda fəaliyyəti üçün zərurət görmür. Buna görə Azərbaycan hökuməti 2015-ci il iyunun 4-dən etibarən Azərbaycan hökuməti və ATƏT arasında 24 sentyabr 2014-cü ildə bağlanmış “ATƏT-in Bakıda Layihələr Koordinatoru haqqında qarşılıqlı anlaşma Memorandumu”nu qüvvədən düşmüş hesab edir. Hökumət bu halda yaranan texniki məsələlərin həlli üçün ATƏT-ə bir ay müddət verir”, deyə məktubda bildirilir.

İyunun 5-də ATƏT-in baş katibi Lamberto Zannier ATƏT-in üzvü olan ölkələrə rəsmi Bakının qərarı haqqında məlumat verib.

Azərbaycan Xarici İşlər Nazieliyindən və ya digər qurumlardan hələlik heç bir şərh almaq mümkün olmayıb.

Qeyd edək ki, iki il əvvəl Bakı ATƏT nümayəndəliyinin səviyyəsini səfirlik səviyyəsindən ATƏT-in layihələr koordinatoru səviyyəsinə qədər azaldıb.

Hazırki kəskin addım çox güman ki, Bakının ATƏT-də Azərbaycanda vətəndaş cəmiyyətinin problemlərinə məhəl qoymamaqda və ölkə rəhbərliyi ilə çox yaxın əlaqələrdə ittiham olunan hazırki koordinator Aleksis Şahtaxtinskinin geri çağırılmasına reaksiyası olub.

Bununla Bakı göstərib ki, ATƏT-in həqiqətən müstəqil nümayəndələrini ölkədə görmək istəmir.

Bu görünməmiş addımın nəticələrinin necə olacağını demək çətindir, amma aydındır ki, Bakı Qərblə münasibətlərin gərginləşməsinə təkan verir.

Maraqlıdır ki, Azərbaycan hökuməti ATƏT ofisinin bağlanması üzrə texniki məsələlərin həlli üçün iyulun 4-ü - ABŞ-ın Müstəqilik Gününə qədər vaxt verib. Məlum olduğu kimi, Şahtaxtinskinin fəaliyyəti məhz Amerikanın ATƏT-dəki nümayəndəsi tərəfindən kəskin tənqidə məruz qalıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Blinken ABŞ-ın İsrailin İrana zərbələrindən son anda xəbəri olduğunu deyib
please wait

No media source currently available

0:00 0:12:20 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG