Accessibility links

Alman deputatı: İdman heç bir zaman siyasi alətə çevrilməməlidir [Video]


Bundestaq deputatı: “İdman siyasi alətə çevrilməməlidir”
please wait

No media source currently available

0:00 0:03:49 0:00

Bundestaq deputatı: “İdman siyasi alətə çevrilməməlidir”

Andre Xan Azərbaycanda insan hüquqlarının durumundan da xəbərdardır

“Idman heç bir zaman siyasi alətə çevrilməməlidir. Əlbəttə biz də, Bundestaqda müəyyən problemlər haqqında danışmışdıq.Yəni mətbuat azadlığı, ifadə azadlığı barədə danışmışdıq.” Bu barədə Almaniya parlamentinin deputatı Andre Xan jurnalistlərə deyib.

Almaniya Bundestaqının qəbul etdiyi qərara toxunan deputat bildirib ki, onların (solçuların) fraksiyası səsvermədə iştirak etməyib.

Onun sözlərinə görə, qətnamənin bəzi punktları ilə bağlı razı olmayıblar. Yaşıllar Partiyası fraksiyası da, səsvermədə iştirak etməyib.

“Mən çox təəssüflənirəm ki, bu qətnamə oyunların açılış günündə qəbul olunub”, deyə Andre Xan deyib.

"Deputat olaraq Azərbaycanda insan haqlarının vəziyyəti ilə bağlı nə düşünürsünüz?" Amerikanın Səsinin sualına cavabında o, deyib:

“Mənim Azərbaycanda insan haqları ilə bağlı hərtərəfli məlumatım yoxdur. Mən sizə birmənalı cavab verə bilmərəm. Amma, mən Almaniya Xarici İşlər Nazirlyinin mövqeyini bilirəm. Bizim parlamentdə səslənən fikirləri bilirəm. Ölkənizdə bu sahədə olan problemlər haqqında tez-tez tənqidi fikirləri eşidirəm. Fikir azadlığının məhdud olunması, iqtidar-müxalifət arasında olan əlaqə barədə və s.

Mən həmişə deyirəm ki, yalnız məfi tərəfləri deyil, müsbət tərəfləri də unutmamalıyıq”, deyə o bildirib.

Andre Xan deyib ki, I Avropa Oyunlarının məhz Bakıda keçirilməsinə çox şaddır.

Deputat həmçinin qeyd edib ki, idman siyasi alətə çevrilməməlidir.

Azərbaycan və Almaniya arasında ikitərəfli əməkdaşlıqdan danışan A.Xan bu əməkdaşlığın gələcək inkişafına ümid etdiyini bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG