Accessibility links

Leyla və Arif Yunusların işi üzrə məhkəmə başilayır


Leyla Yunus
Leyla Yunus

Sülh və Demokratiya İnstitutunun (SDİ) direktoru Leyla Yunus və onun həyat yoldaşı, tarixçi-alim Arif Yunusun işi üzrə məhkəmə iclası iyulun 13-də saat 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyilə olacaq. Bu barədə vəkil Elçin Qəmbərov bildirib.

Məhkəmə iqtisadi cinayətlərin törədilməsi ittihamı üzrə cinayət işinə baxacaq.

İbtidai istintaqın yekunlarına əsasən 274-cü maddə (dövlətə xəyanət) üzrə ittiham ayrıca icraata götürülüb.

Bununla əlaqədar, A.Yunusun barəsində 178.3.2-ci maddə (küllü miqdarda ziyan vurmaqla dələduzluq), L.Yunusa qarşı isə 178.3.2 (küllu miqdarda dələduzluq), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.2.2 (vergi ödənişindən yayınma), 320.1 və 320.2 (sənədlərin saxtalaşdırılması) ittihamları araşdırılacaq.

Leyla və Arif Yunuslar 2014-cü ilin iyulun sonu-avqustun əvvəllərində həbs olunublar.

Onlar Amnesty İnternational tərəfindən “vicdan məhbusları” kimi tanınıblar.

XS
SM
MD
LG