Accessibility links

Apellyasiya məhkəməsi İntiqam Əliyevi həbsdə saxlayıb [Video]


Apellyasiya məhkəməsi İntiqam Əliyevi həbsdə saxlayıb
please wait

No media source currently available

0:00 0:02:16 0:00

Apellyasiya məhkəməsi İntiqam Əliyevi həbsdə saxlayıb

İntiqam Əliyevin vəkili Cavad Cavadovun şərhi

İyulun 21-də Bakı Apellyasiya Məhkəməsi hüquq müdafiəçisi İntiqam Əliyevin həbsi ilə bağlı birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Amerikanın Səsinin müxbirinin məhkəmədən verdiyi məlumata görə, hüquq müdafiəçinin apellyasiya şikayəti təmin edilməyib.

Apellyasiya məhkəməsi hesab edib ki, İntiqam Əliyevə qarşı irəli sürülən ittihamlar birinci instansiya məhkəməsində öz sübutunu tapıb.

Bu günki məhkəmə iclasına beynəlxalq təşkilataların, diplomatik missiyaların nümayəndələri, hüquq müdafiəçiləri, ictimaiyyətin təmsilçiləri qatılıb.

Hüquq müdafiəçisi məhkəmə zalındakı şüşə kameraya salınıb. O məhkəmədə deyilənləri çox zaman eşidə bilmir, tez-tez şüşə akvariumu əlləri ilə döyəcləyərək eşidə bilmədiyini diqqətə çatdrımağa çalışır.

Məhkəmə vəkillərin Əliyev barəsində həbs qəti imkan tədbirinin dəyişdirilməsi, prosesin qisməın məhkəmə istintaqı ilə aparılması, Varşava Dövlət Universitetinin professorunun xətşünaslıq ekspertizasının rəyinin işə əlavə edilməsi, yeni xətşünaslıq ekspertizasının təyin edilməsi, birinci instansiya məhkəməsində İntiqam Əliyevin evindən, ofisindən götürülmüş qrant müqavilələri, qrant müqavilələrinin yerinə yetirilməsi ilə bağlı ilkin mühasibatlıq sənədlərinin qaytarılması ilə bağlı təmin edilib icra edilməmiş vəsatətlərin icra edilməsi, hüquq müdafiəçisinin şüşə kameradan çıxarılaraq vəkillərinin yanında oturdulması barədə vəsatətlərini təmin etməyib.

“Bu akvariumdur, bircə su töküb balıq buraxılması çatışmır. Nəyə görə insan məhkəmə zalında akvariumda saxlanmalıdır. Bu təhqirdir, insan ləyaqətinin alçaldılmasıdır. Hətta Norveçdə çoxsaylı insanı qətlə yetirən adamı belə kameraya salmamışdırlar. Nəyə görə, Xədicə İsmayıl, Leyla Yunus, Rəsul Cəfərov, mən, digər vətəndaş cəmiyyəti fəalları bu akvariuma salınmalıdır? Bu Avropa İnsan Hüquqları Konvensiyasının kobud pozuntusudur. Mən burara heç kimi eşitmirəm. Vəkillərimlə danııb müdafiəmi qurmaq imkanım yoxdur”, İntiqam Əliyev məhkəməyə etirazını bildirib.

Hakim vəkillərin Əliyevlə görüşməsinə icazə verib. Bui zaman mühafizə xidməti vəkilləri şüşə akvariumun içərisinə buraxmayıb. Bu mühafizə qaydasının pozulmasıdır. Nəhayətdə hakim iki dəfə fasilə elan edib və zaldakı insanlar bayıra çıxarılıb.

Vəkillər İntiqam Əliyevlə bağlı birinci instansiya məhjkəməsinin hökmünü qanunsuz və sifariş hesab edir. Çünki ittihamlar sübut olunmayıb.

“Əliyevə qarşı qanunsuz sahibkarlıq və vergidən yayınma ittihamları absurddur. O QHT rəhbəridir. QHT sahibkarlıqla məşğulı olmur və vergidən azaddır. Vəzifə səhlənkarlığı ittihamı verilib zərərçəkən yoxdur. Qrant layihələri barədə Ədliyyə Nazirliyinə müraciət edilib və onun müraciətləri sonradan nazirliyin rəsmi saytından silinib. Vəkillər Google arxivindən müraciətlərin qeydiyatını tapıb məhkəməyə təqdim edib, məhkəmə nəzərə almayıb”, vəkil Cavad Cavadov qeyd edib.

Vəkil Elçin Sadıqov deyib ki, istintaq qanunvericiliyi pozub.

“Qanunvericiliyə görə, səyyar vergi yoxlaması başa çatmadan iddia irəli sürülə bilməz. İntiqam Əliyevin rəhbərlik etdiyi QHT-də səyyar vergi yoxlaması olmayıb, bu yoxlamanın qərarı yoxdur. Qanunvericiliyə görə, vergi yoxlamasından sonra verginin ödənilməsi üçün 10 gün vaxt verilməıidir. Bu müddətdə vergi ödənilməsə inzibati məsuliyyət müəyyən edilə bilər. Amma, istintaq orqanlı byunlar olmadan ittiham irəli sürüb və 6 illik vergi yoxlaması təyin edib. Halbuki bu qanunvericiliyə ziddir”, o bildirib.

Vəkil Şəhla Hümbətova apellyasiya məhkəməsini formal peoses adlandırıb.

“Məhkəmə prosesi göstərir ki, hakim, prokuror, ədliyyə birləşərək İntiqam Əliyevi məhkum etmək istəyir. Vəkillərin heç bir vəsatətinin təmin edilməməsi bunu bir daha sübut edir”, o qeyd edib.

Vəkil Fəxrəddin Mehdiyev hesab edir ki, məhkəmənin hökmü ədalətli deyil və əsaslandlırılmayıb. Onun fikrincə, ittham ehtimal və mülahizələrə əsaslanır.

“Vəzifə saxtakarlığı ittihamı var zərəçəkən yoxdur. Qrant sadələşdirilmiş verginin subyekti ola bilməz, vergi ittihamı irəli sürülüb. İntiqam Əliyev hüquq elminin intellektualıdır. O çoxsaylı insanın hüquqlarını Avropa İnsan Haqları Məhkəməsində müdafiə edib. Əliyev əslində əhalinin hüquqi maarifləndirilməsi sahəsində Elmlər Akademiyası, Hüquq institutu qədər işlər görüb. Məhkəmə bunları da nəzərə almayıb”, vəkil deyib.

İntiqam Əliyev mövcud şəraitdə, akvariumda saxlandığı halda müdafiə çıxışı etməyi özünə təhqir saydığını məhkəmənin diqqətinə çatdırıb. Sədrlik edən hakim onun çıxışında tənqidi notlar olanda mikrofonu dəfələrlə söndürüb və çıxışının kəsiləcəyi barədə xəbərdarlıq edib.

“Burada müdafiə üçün kommunikasiya yoxdur. Siz əslində polissiniz. Mənim ofisimdən, evimdən götürülən sənədlər prokurorluqda saxlamnılır, müdafiəmin təşkili üçün sənədlər qaytarılmır. Bu hakimiyyət Avropa Məhkəməsinin qəraralarını da yerinə yetirmir. Bunlar üçün Avropa Məıhkəməsinin qəraraı adi kağız parçasıdır”, o qedy edib.

Hüquq müdafiəçisi vətəndaş cəmiyyəti fəallarının həbsini siyasi sifariş adlandırıb.

“Biz insanlar insan hüquqlarını müdafiə etdiyimizə görə həbs edilmişik. Bizi ona görə həbs ediblər ki, qanunvericiliyi, hüququ müdafiə edirik. Bu məhkəmə deyil, polis rejimidir”.

“Hazırda həbsdə saxlanılan fəallara təşəkkür edirəm, azadlıqda olub ağır şəraitdə azadlıqlar uğrunda çalışan insanlara təşəkkür edirəm, beynəlxalq təşkilatlara təşəkkür edirəm, dünyanın müxtəlif ölkələrində olub Azərbaycanda insan hüquqlarını müdafiə edən şəxslərə təşəkkür edirəm. Adətən normal ölkələrdə məhkəmələrə də təşəkkür edirlər. Amma, mənim sizə təşəkkür etməyə dilim gəlmir. Bu ölkədə məhkəmə sistemi yoxdur”, o qeyd edib.

Bu zaman vəkil Elçin Sadıqov replica hüququndan istifadə edib: “Siyasi məhbus vəkildən soruşur, məhkəmə nə ilə nəticələnəcək? Vəkil cavab verir ki, təqsirin sübut olunmayacaq, ancaq sənə on il verəcəklər. Bu məhkəmədə də belə olcaq”, o qeyd edib.

Beləliklə, apellyasiya şikayəti təmin edilməyib.

İntiqam Əliyev 2014-cü ilin avqustunda həbs olunub. Aprelin 22-də Bakı Ağır Cinayətlər Məhkəməsi onu vergidən yayınma, vəzifə səlahiyyətindən sui-istifadə, mənimsəmə, vəzifə saxtakarlığı və qanunsuz sahibkarlıq ittihamı ilə 7 il yarım azadlıqdan məhrum edib.

O, ittihamları rədd edir və həbsini siyasi motivli sayır.

"Amnesty International" təşkilatı İntiqam Əliyevi vicdan məhbusu elan edib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG