Accessibility links

Müsavat Partiyası seçkilərin nəticələrinin ləğv edilməsini tələb edir [Video]


Müsavat Partiyası seçkilərin nəticələrinin ləğv ediməsini tələb edir
please wait

No media source currently available

0:00 0:05:02 0:00

Müsavat Partiyası seçkilərin nəticələrinin ləğv ediməsini tələb edir

Arif Hacılının Amerikanın Səsinə müsahibəsi

Müsavat Partiyası anti-demokratik şəraitdə, hakimiyyətin tam nəzarəti altında olan seçki komissiyaları tərəfindən, bərabər siyasi rəqabət və təbliğat imkanları prinsipini kobud surətdə pozmaqla, faktiki olaraq alternativsiz keçirilmiş, cəmiyyətin etimad göstərmədiyi 1 noyabr parlament seçkilərinin nəticələrini tanımır. Seçkilərin nəticələrinin ləğv edilməsini və Azərbaycan hakimiyyətindən təkrar seçkilərin keçirilməsini tələb edir. Bu barədə Müsavat Partiyasının başqanı Arif Hacılı partiyanın mərkəzi qəırargahında keçirdiyi mətbuat konfransında bildirib.

Hacılı yaxın saatlarda bununla bağlı Müsavat Partiyası, NİDA Vətənaş Hərəkətı və REAL Hərəkatının birgə bəyanatının olacağını deyib.

O hesab edir ki, xalq seçkilərdə faktiki iştirak etməyib.

“Müşahidəçilərin hesablamalarına görə, seçicilərin seçkilərdə iştirak faizi təqribən 10 faiz olub. Bu xalqın seçkiləri boykot etməsi deməkdir. Bu həmdə xalqın hakimiyyətə münasibətidir və əhalinin 90 faizinin dəyişklik istəməsi deməkdir”, Hacılı qeyd edib.

Müsavat başqanının fikrincə, cəmiyyətin və siyasi qüvvələrin etimadsızlıq göstərməsi səbəbindən seçkilər faktiki alternativsiz keçirilib.

“Seçki günü saysız-hesabsız qanun pozuntuları və saxtakarlıqlara yol verilib”.

O Müsavat Partiyasının seçkilərdə iştirak edib nəticələri tanımamağının səbəbləri barədə sualın cavabında deyib ki, partiya son anda seçkilərdən iştirakdan imtina edib.

“Seçkidə iştirak siyasi taktika idi. Biz siyasi repressiyalara, təzyiqlərə, təqiblərə, həbslərə, azad medianın boğulmasına baxmayaraq cəmiyyətin mübarizə əzmində olduğunu nümayiş etdirdik. Biz saxtakarlıqların miqyasını göstərdik. Biz xalqın müqavimət gücünü nümayiş etdirdik”, o qeyd edib.

Müsavat başqanı Amerikanın Səsinə müsahibəsində seçkilərin saxtalaşdırılması, qanun pozuntuları ilə bağalı yerli və beynəlxalq məhkəmələrə müraciət ediləcəyini bildirib.

“Mövcud resurslarımız çərçivəsində mübarizəmizi davam etdirəcəyik”, o qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG