Accessibility links

Open Doors: Azərbaycan ilə ABŞ arasında tələbə mobilliyi sahəsində müsbət meyllər var


ABŞ-Azərbaycan
ABŞ-Azərbaycan

2014/2015-ci tədris ilində Azərbaycandan olan 408 tələbə ABŞ-da təhsil alır

Beynəlxalq Təhsil Mübadiləsinə dair 2015-ci il üzrə “Open Doors” hesabatı işıq üzü görüb.

ABŞ-ın Azərbaycandakı səfirliyinin məlumatına görə, "Open Doors" hesabatı Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin Təhsil və Mədəniyyət Məsələləri Bürosu ilə birgə Beynəlxalq Təhsil İnstitutu tərəfindən hər il nəşr olunur.

Hesabata əsasən ABŞ kollec və universitetlərinə qəbul olan beynəlxalq tələbələrin sayı ötən 35 il ərzində ən yüksək artım həddinə çataraq 2014/2015-ci tədris ilində 10 faiz yüksəlmiş və rekord hədd olan 974 926 nəfərə çatıb.

Yeni hesabat 2014/2015-ci tədris ilində Azərbaycandan olan 408 tələbənin ABŞ-da təhsil aldığını göstərir.

Yeni "Open Doors" məlumatlarının nəşri amerikalıların qlobal mühitə hazırlanması və ABŞ-da təhsil almaq, öyrənmək və təcrübə mübadiləsi aparmaq məqsədilə xarici ölkələrdən gələcək liderlərin cəlb edilməsi məqsədilə ABŞ Dövlət Departamenti ilə ABŞ Təhsil Departamenti tərəfindən birgə təşəbbüs edilən Beynəlxalq Təhsil Həftəsinin keçirilməsi ilə eyni vaxta təsadüf edir.

Beynəlxalq Təhsil Həftəsi Azərbaycanda EducationUSA tərəfindən təşkil edilən tədbir olmaqla müxtəlif tələbələri cəlb edir və onlara ABŞ təhsil sistemi barədə məlumat verməklə ABŞ-a üz tutan tələblərin sayının artırılmasına xidmət edir.

2014/2015-ci tədris ili üzrə göstəricilərə əsasən Azərbaycandan olan tələbələr ABŞ-da əsasən natamam ali təhsil pilləsində təhsil almağa meyl etmişlər. Belə ki, tələbələrin 38 faizi tam ali təhsil, 42 faizi natamam ali təhsil, 13 faizi könüllü praktik təlimlər, 7 faizi isə İngilis dili kursları və ya qısa-müddətli kurslar kimi qeyri-dərəcə proqramları üzrə təhsil alır.

On il bundan əvvəlki rəqəmlər ilə müqayisədə hazırda ABŞ kollec və universitetlərində təhsil alan tələbələrin sayı 73 faiz yüksəlib və son beş il ərzində artım tempi daha yüksək olub.

Hazırda beynəlxalq tələbələr ABŞ ali təhsil ocaqlarına daxil olan 20 milyon nəfərdən artıq şəxsin demək olar ki, beş faizini təşkil edir ki, bu da ötən illərdəki təqribən dörd faizlik göstəricidən yüksəkdir.

"Open Doors" dünyanın müxtəlif ölkələrində 19 nümayəndəlik şəbəkəsinə və 1440-dan artıq üzv institutlara malik Beynəlxalq Təhsil İnstitutu (BTİ) tərəfindən nəşr olunur. BTİ bütün sektorları təmsil edən tələbələr, müəllimlər, gənc mütəxəssislər və təcrübəçilər üçün müxtəlif dövlət qurumları, fondlar və korporasiyalar tərəfindən maliyyələşdirilən təhsil və təlim proqramları tərtib edir və həyata keçirir. BTİ yarandığı 1919-cu ildən etibarən və 1972-ci ildən başlayaraq Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin Təhsil və Mədəniyyət Məsələləri Bürosunun dəstəyi ilə ABŞ-da təhsil alan beynəlxalq tələbələrə dair illik statistik sorğular həyata keçirir. "Open Doors" həmçinin ABŞ universitetlərində təqaüd əsasında təhsil alan beynəlxalq tələbələrin, akademik təhsildən əvvəl İntensiv İngilis Dili Proqramında oxuyan beynəlxalq tələbələrin və xarici ölkələrdə təhsil alan amerikalı tələbələrin sayına dair məlumat verir.

"Open Doors" 2015 sorğularına və əldə edilən nəticələrə dair təfərrüatlı məlumatları www.iie.org/opendoorsünvanında Open Doors internet saytından əldə etmək olar. 100 səhifədən artıq tam hesabatı həmçinin, 79.95 ABŞ dolları ödəniş edərək www.iiebooks.org saytı vasitəsilə IIE Books-dan sifariş etmək mümkündür.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG