Accessibility links

ABŞ dövlət katibinin köməkçisinin müavini müxalifətlə görüşüb


Bridget A. Brink.
Bridget A. Brink.

Görüşdə siyasi məhbuslar məsələsi, xüsusilə Leyla Yunusla bağlı vəziyyət müzakirə olunub

Noyabrın 24-də ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Bridget Brink AXCP sədri Əli Kərimli və Milli Şuranın sədri Cəmil Həsənli ilə görüşüb.

AzadlıqRadiosunun məlumatına görə görüşdə siyasi məhbuslar məsələsi, xüsusilə Leyla Yunusla bağlı vəziyyət və ABŞ-Azərbaycan münasibətləri müzakirə olunub.

Müsavat başqanı Arif Hacılı ilə keçirilən görüşdə Azərbaycan-ABŞ münasibətləri, Azərbaycanın Avropaya inteqrasiya məsələləri, ölkədəki ictimai-siyasi vəziyyət, siyasi məhbuslar problemi, parlament seçkiləri və Qarabağ münaqişəsi ətrafında fikir mübadiləsi aparılıb.

Noyabrın 23-də Bridget Brink prezident İlham Əliyevlə və xarici işlər naziri Elmar Məmmədyarovla görüşmüşdü.

Dünyaya Baxış

Dünyaya Baxış. "Meydan TV"nin jurnalisti həbsdə qaldı
please wait

No media source currently available

0:00 0:10:58 0:00
XS
SM
MD
LG