Accessibility links

Azərbaycan əsgəri həlak olub


Müdafiə nazirliyi
Müdafiə nazirliyi

Dekabrın 16-da axşam saatlarında Ermənistan Silahlı Qüvvələri bölmələrinin Azərbaycan Silahlı Qüvvələrinin mövqeyinə minaatanlardan atəş açması nəticəsində əsgər Rəşad Cəfərzadə həlak olub.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Nazirlik həmçinin bildirir ki, Ermənistan KİV-nin cəbhədə iki nəfər Azərbaycan snayperinin öldürülməsi barədə yaydığı məlumatlar və video görüntülər həqiqətə uyğun deyil.

“Cəbhə xəttində əməliyyat şəraiti Azərbaycan Silahlı Qüvvələrinin nəzarəti altındadır, düşmənin hərəkətlərinə qarşı bütün qabaqlayıcı tədbirlər həyata keçirilir”, mətbuat xidmətinin məlumatında deyilir.

XS
SM
MD
LG