Accessibility links

Prezident Dünya Azərbaycanlılarını təbrik edib


İlham Əliyev
İlham Əliyev

Dövlət başçısı ölkədə inkişaf olduğunu, demokratik seçkilər keçirildiyini bildirir

Prezident İlham Əliyev 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə təbrik imzalayıb.

Təbrikdə deyilir ki, Azərbaycan hökumətinin apardığı siyasət nəticəsində diaspor təşkilatları fəaliyyət göstərdikləri ölkələrdə Azərbaycan həqiqətlərinin təbliği, milli maraqların müdafiəsi və digər dövlətlərlə qarşılıqlı faydalı münasibətlərin dərinləşməsində töhfə verir.

“Hazırda davam edən qlobal maliyyə-iqtisadi böhrana baxmayaraq, hamımızın doğma vətəni olan Azərbaycanda 2015-ci ildə də sosial-iqtisadi artım dinamikası qorunub saxlanıb, müxtəlif sahələri əhatə edən dövlət proqramları və infrastruktur layihələri ardıcıl icra edilib. Ölkəmiz Avropa ilə Asiyanı, şimalla cənubu bir-birinə bağlayan nəhəng transmilli enerji-nəqliyyat layihələrinin həyata keçirilməsində mühüm rol oynayır”.

Təbirkdə Azərbaycanın bu il Birinci Avropa Oyunlarına ev sahibliyi etdiyi xatırladılır.

“Son dövrlər dünyanın müxtəlif guşələrində hərbi-siyasi münaqişələrin və iğtişaşların artmasına baxmayaraq, Azərbaycanda mövcud olan ictimai-siyasi sabitlik, hakimiyyət və xalq arasında etimad mühiti daha da möhkəmlənib. Noyabr ayında demokratik və şəffaf şəraitdə keçirilmiş növbəti parlament seçkiləri də cəmiyyətin nikbin əhval-ruhiyyəsinin, xalqımızın aparılan siyasətə dərin rəğbətinin parlaq təzahürü olub”, prezident qeyd edib.

Dövlət başçısı Ermənistan-Azərbaycan münaqişəsinin hamını narahat edən taleyüklü problem kimi qaldığını bildirir. “Bu gün Azərbaycan Respublikası güclü iqtisadiyyata və torpaqlarımızı hər an işğalçılardan azad etməyə hazır olan qüdrətli orduya malikdir. Lakin biz yenidən qan tökülməsinin qarşısını almaq, regionda gərginliyi artırmamaq məqsədilə münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində dinc yolla ədalətli həllinə çalışırıq. Hesab edirəm ki, bundan sonra da səylərimizi birləşdirməli, işğal edilmiş ərazilərimizin azad edilməsi uğrunda ardıcıl və məqsədyönlü iş aparmalıyıq”.

Prezident hesab edir ki, Azərbaycanın suverenliyinin qorunmasına və ərazi bütövlüyünün təmin edilməsinə öz həmrəylik və birgə fəaliyyətilə sanballı töhfə vermək azərbaycanlıların başlıca amalı olmalıdır.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG