Accessibility links

Cəmil Həsənli: Demokratiya aktı hakimiyyətin repressiya siyasətinin nəticəsidir [Video-Müsahibə]


Cəmil Həsənli: Azərbaycanda Demokratiya aktı məmurlara qarşı yönəlib
please wait

No media source currently available

0:00 0:07:20 0:00

Cəmil Həsənli:

Milli Şuranın sədrinin Amerikanın Səsinə müsahibəsi

Milli Şuranın sədri Cəmil Həsənli Amerikanın Səsinə müsahibəsində ABŞ Konqresinə təqdim edilmiş “2015 Azərbaycanda Demokratiya Aktı” qanun layihəsi, ölkədəki ictimai-siyasi durum, devalvasiya, iqtidar-müxalifət münasibətlərindən danışıb.

Amerikanın Səsi: Amerikaya səfəriniz zamanı görüşlərinizdə “2015 Azərbaycanda Demokratiya Aktı” qanun layihəsi ilə bağlı müzakirələr aparıbsınızmı? Qanun layihəsinin qəbulu nə qədər real görünür?

Əlbəttə, vacib olan addımlar atılmasa, təcili tədbirlər görülməsə bu aktın qəbul olunması imkanları böyükdür.

Cəmil Həsənli: Əlbəttə, belə bir qanun layihəsinin meydana gəlməsi Azərbaycan hakimiyyətinin ölkədə yeritdiyi siyasətin və xüsusilə repressiya siyasətinin nəticəsidir. Çünki ölkədə siyasi məhbusların sayı yüzə yaxınlaşıb. İndi Azərbaycanda olan siyasi məhbusların ümumi sayı Belorus və Rusiyada olan məhbusların sayından çoxdur. Azərbaycanda vətəndaş cəmiyyəti çökdürülüb, siyasi öncüllər, gənclər təşkilatlarının fəalları, jurnalistlər, dini təşkilatların nümayəndələri, mömin insanlar həbsdədir. Bunların böyük əksəriyyəti siyasi mülahizələrlə tutulub. Beynəlxalq birlik dəfələrlə bu insanların azad edilməsini Azərbaycana xatırlatdı, xahiş etdi, müraciət etdi. Amma bu istiqamətdə heç bir irəliləyiş əldə edilmədi. Bunun nəticəsi olaraq “Azərbaycanda Demokratiya Aktı” meydana çıxdı. “Azərbaycanda Demokratiya Aktı” tək siyasi məhbuslarla bağlı deyil. Orada Azərbaycanda demokratik istiqamətdə həyata keçirilməsi zəruri olan geniş bir tədbirlər planı var. Buraya vətəndaş cəmiyyətinin qurulması, mətbuat azadlığı, söz azadlığı, demokratik seçkilərin keçirilməsi, insanların hüquq və haqlarına hörmətlə yanaşılması kimi böyük tədbirlər planı daxildir. Əlbəttə, vacib olan addımlar atılmasa, təcili tədbirlər görülməsə bu aktın qəbul olunması imkanları böyükdür.

Amerikanın Səsi: Həmin layihənin müzakirəyə çıxarılmaması üçün Azərbaycan hökuməti, müxalifəti və cəmiyyət hansı addımları atmalıdır?

Burada söhbət Azərbaycan hakimiyyətinə qarşı tədbirlərin görülməsindən gedir.

Cəmil Həsənli: Burada əsas söhbət hakimiyyətin məsuliyyətindən gedir. Azərbaycanda hakimiyyət yönümlü mətbuat, informasiya vasitələri bunu Azərbaycana qarşı yönəlmiş bir akt kimi qələmə verməyə çalışırlar. Amma, burada söhbət Azərbaycan hakimiyyətinə qarşı tədbirlərin görülməsindən gedir. Bunu bir qayda olaraq ermənilərlə əlaqələndirməyə uğursuz cəhdlər olur. Helsinki Komissiyası bilavasitə bu məsələlərlə məşğul olur. Ona görə də layihə bu komissiyada hazırlanıb. Bu tək Kris Smitlə (konqresmen, Amerika Helsinki Komissiyasının sədri-red) bağlı layihə deyil. Bu komissiyada 9 respublikaçı, 9 demokrat, Dövlət Departamentinin və Pentaqonun hər birindən bir nümayəndə təmsil olunur. Eyni zamanda nəzərə almaq lazımdır ki, Birləşmiş Ştatların Avropa siyasətinin müəyyən edilməsində, xüsusilə ATƏT-lə bağlı siyasətinin müəyyən edilməsində Helsinki Komissiyası həlledici hesab edilir. Bu layihənin qanuna çevrilməməsi üçün təcili addımlar atılmalı idi. Təəssüf ki, biz bu addımları görmürük. Bəlkə də lobbi qruplarına ümid olurlar, - yeri gəlmişkən ABŞ-da indi Azərbaycanla bağlı iş aparan lobbi qruplarına çox ehtiyatla yanaşırlar, - ona görə də lobbi qruplarının bu işdə hansısa uğurlu bir iş görəcəyinə ümid bəsləmək olmaz. Ölkənin içərisində bu işləri aparmaq lazımdır. İlk növbədə siyasi məhbusları buraxmaq lazımdır. Siyasi məhbusların buraxılması artıq yaxşılığa doğru dönüşün bir anonsu ola bilər.

Amerikanın Səsi: İndiki böhranlı vəziyyətdə, neft qiymətlərinin kəskin endiyi, manatın kəskin devalvasiya şəraitində iqtidar-müxalifət dialoqu mümkündürmü? Belə bir təşəbbüslər, arzular varmı?

Cəmil Həsənli: Ötən illər iqtidar-müxalifət dialoquna bənzər bir şeylər olub. Ancaq onu nə dərəcədə iqtidar-müxalifət dialoqu adlandırmaq olar? İqtidar sadəcə olaraq özü üçün lazımlı bir vaxtda (hansısa formada müxalifət adı ilə kimlərinsə dəstəyini almaq lazım olanda) dialoq adı ilə görüşlər keçirir. Görüçün də nə predmeti bəllidir, nə mövzusu aydındır, nə Azərbaycan cəmiyyətinə yeni bir şey təklif edilir və bunu təqdim eləməyə çalışırlar ki, iqtidar-müxalifət dialoqudur.

Azərbaycan hakimiyyəti belə bir dialoqa hazır deyil.

Azərbaycan hakimiyyəti belə bir dialoqa həvəsli deyil. Azərbaycan hakimiyyəti dialoq hakimiyyəti deyil, monoloq hakimiyyətidir. Bu hakimiyyət dialoq məsələsində görəvdə olduğu bütün müddətdə qeyri-səmimi addımlar atıb. Bu hakimiyyət qarşısındakı tərəfin, yəni gerçək, real müxalifətin ehtimadını qazana bilməyib. Həmişə bundan bir vasitə kimi istifadə etməyə çalışıb.

Amerikanın Səsi: Necə hesab edirsiniz, müxalifət indiki dövrdə manatın kəskin devalvasiyası, neftin ucuzlaşması, dünyanın böhrana qərq olması dövründə anti-böhran təklifləri ilə çıxış etməyə hazırdırmı? Təklifləriniz nədir?

Cəmil Həsənli: Nəinki hazırdır, müxalifət artıq bu təkliflərlə çıxış edib. Bunun ən aydın nümunəsi Əli Kərimlinin yaranmış vəziyyətlə bağlı təkliflərlə çıxış etməsidir. Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Əli Kərimli dərin təhlillərə əsasən bu günki vəziyyətdən çıxış yolları istiqamətində kifayət qədər əsaslandırılmış təkliflərlə çıxış edib. Bu təkliflər yalnız hökumətə ünvanlanmayıb, eyni zamanda cəmiyyətə ünvanlanıb. Sadəcə olaraq Azərbaycan hakimiyyətinin indiki böhrandan çıxmağa nə həvəsi var, nə iqtisadi təfəkkürü var, nə də siyasi iradəsi var.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG