Accessibility links

Rüfət Səfərov haqqında cinayət işi başlanıb


Rüfət Səfərov
Rüfət Səfərov

Hazırda istintaq gedir

Zərdab Rayon Prokurorluğunun keçmiş müstəntiqi Rüfət Səfərov haqqında cinayət işi başlanıb.

Bunu yanvarın 15-də keçirdiyi mətbuat konfransında Baş prokuror Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev deyib.

Kamran Əliyev Rüfət Səfərovla bağlı idarəyə müxtəlif müraciətlərin daxil olduğunu, müstəntiqin haqqında Cinayət Məcəlləsinin rüşvətalma maddəsi ilə cinayət işi başlandığını deyib.

Hazırda istintaq gedir.

Rüfət Səfərovun bu açıqlamaya münasibəti hələlik bəlli deyil. O, ötən ilin sonunda, prokurorluq orqanlarında gördüyü qanunsuzluqlara görə istefa verdiyini yazdı.

Bundan sonra onun iş otağında və yaşadığı evdə axtarış aparılıb. Şəxsi komputeri götürülüb, mobil telefonlarına baxış keçirilib. Səfərov dekabrın 21-dən bunlara etiraz olaraq aclıq aksiyasına başlayıb.

XS
SM
MD
LG