Accessibility links

Asim Mollazadə: Sanksiyaların qaldırılması İranın islam inqilabının ixracına yol açmamalıdır [Video-müsahibə]


Asim Mollazadə: Sanksiyaların qaldırılması İranın yenidən islam inqilabının ixracına yol açmamalıdır
please wait

No media source currently available

0:00 0:07:18 0:00

Asim Mollazadə: Sanksiyaların qaldırılması İranın islam inqilabının ixracına yol açmamalıdır

Milli Məclisin deputatının Amerikanın Səsinə müsahibəsi

Milli Məclisin deputatı Asim Mollazadə Amerikanın Səsinə müsahibəsində İrana qarşı sanksiyaların aradan qaldırılmasının regiona və Azərbaycana təsirlərindən danışıb.

Amerikanın Səsi: İran üzərindən sanksiyaların götürülməsi regionda hansı yeni situasiyalar yaradacaq? Sanksiyalar göürüldükdən sonra Azərbaycan İranla münasibətlərinə hansı yeni çalarlar əlavə etməlidir?

ABŞ-ın Avropa ilə birgə İranla razılaşması, müəyyən güc əməliyyatlarının təxirə salınmasıdır, özü-özlüyündə Azərbaycan üşün bir müsbət amildir.

Asim Mollazadə: Sanksiyaların götürülməsi ilk növbədə o deməkdir ki, bizim bölgədən hansısa hərbi əməliyyatlar sovuşdu getdi. Çünki uzun illərdir ki, İranın nüvə proqramları hansısa bir hərbi əməliyyatların həyata keçirilməsi təhlükəsi yaratmışdı. Bu Azərbaycan üçün təhlükəli proses idi. Nəzərə alsaq ki, bu ölkədə milyonlarla azərbaycanlılar yaşayır, böyük qaçqınlar axını Azərbaycan üçün böyük bir faciəyə çevrilə bilərdi. Onun üçün ABŞ-ın Avropa ilə birgə İranla razılaşması, müəyyən güc əməliyyatlarının təxirə salınmasıdır, özü-özlüyündə Azərbaycan üçün bir müsbət amildir. Sanksiyaların götürülməsi bizim sərhədlərimizdə yeni bir zəngin İran yaradır. Kifayət qədər böyük və gözlənilməz həcmdə vəsait artıq İrana qaytarılır. Burada sual yaranır, - bu vəsait hansı məqsədlər üçün istifadə olunacaq? Bu vəsait iqtisadi nöqteyi-nəzərdən müəyyən bir bölgədə investisiyalarla davam edəcək, bu vəsaitlər İran iqtisadiyyatına necə təsir göstərəcək? Bu rejimin və bu ölkənin mahiyyətinə baxarkən iqtisadi nöqteyi-nəzərdən İranda vəziyyətin dəyişəcəyinə ciddi şübhələr var. Özəl biznesin gücünün artacağı ilə bağlı da ciddi şübhə var.

Amerikanın Səsi: Sanksiyaların götürülməsi İran iqtisadiyyatına külli miqdarda əlavə vəsaitlərin və investisiyaların daxil olmasını intensivləşdirəcək. Qonşu ölkəyə milyardlarla dollar investisiyaların cəlb edilməsinin Azərbaycan iqtisadiyyatına təsirləri nə ola bilər?

Mən inanmıram ki, digər sahələrdə İran müəyyən qərb ölkələrinin, o cümlədən Avropanın, Amerikanın iş adamları üçün normal bir şərait yarada bilsin ki, onlar gəlib iqtisadiyyatın çoxşaxəli istiqamətlərində fəaliyyət göstərə bilsin.

Asim Mollazadə: İrana ehtimal olunan investisiyalar ilk növbədə İranın enerji sahəsi ilə bağlıdır. Mən inanmıram ki, digər sahələrdə İran müəyyən qərb ölkələrinin, o cümlədən Avropanın, Amerikanın iş adamları üçün normal bir şərait yarada bilsin ki, onlar gəlib iqtisadiyyatın çoxşaxəli istiqamətlərində fəaliyyət göstərə bilsin. Mədəni nöqteyi nəzərdən çox ciddi ziddiyyətlər olduğuna görə və qərb qəbul olunmadığına görə çox güman ki, iqtisadi investisiyalar da ancaq konkret olaraq qaz və neft sənayesi istiqamətində olacaq. Ancaq, burada da bir amil var ki, çox güman ki, neftin də, qazın da dünyada qiymətləri aşağı düşdüyünə görə, bu investisiyaların səmərəliliyi də şübhələr doğurur. İran təbii olaraq neft emal edə bilər. İran qazı bölgədə mövcud olan sistemlərə qatıla bilər, lakin mən İrana külli miqdarda investisiyaların gəlişinə şübhə ilə yanaşıram.

Amerikanın Səsi: İranın qlobal enerji bazarında iştirakçıya çevrilməsi Azərbaycanın enerji ticarətində problemlər yarada bilərmi? Müsbət mənada Azərbaycanın və Rusiyanın enerji layihələrinə təsir edə bilərmi?

İran qazı da Azərbaycanın yaratdığı sistemin vasitəsi ilə dünya bazarına çıxarıla bilər.

Asim Mollazadə: Əslində qazla bağlı olan investisiyalar bu ölkəni qaz ixrac edən İrana çevirərsə Azərbaycana müsbət təsir edə bilər. Çünki Azərbaycan TANAP (Transadriatik Qaz Kəməri), TAP (Transanadolu Qaz Kəməri) layihəsini həyata keçirdiyinə görə müəyyən qədər qaz ixracını və Avropanın qaz sisteminin divesifikasiaysı üçün infrastruktur sistemini qura bilib. İran qazı da Azərbaycanın yaratdığı sistemin vasitəsi ilə dünya bazarına çıxarıla bilər. O ki, qaldı Rusiyaya, bu gün Rusiya-Türkiyə münasibətlərində olan gərginlik bu ölkənin ümumiyyətlə cənub axınını həyata keçirə bilməməsi istisna deyil ki, İran qazı ilə bağlı da müəyyən rəqabət yarada bilər, müəyyən qısqanc yanaşma ola bilər və Rusiya Ermənistandan başqa hansısa istiqamətdə İran qazının axınına qarşı çıxa bilər.

Amerikanın Səsi: Sanksiyaların götürülməsinin İranda daxili münasibətlərə hansı təsirləri olacaq? Yeni münasibətlər bu ölkədə yaşayan azərbaycanlıların həyatına necə təsir edəcək?

Azərbaycanın da dəfələrlə İranın hansısa islam inqilabının ixracı ilə bağlı problemlərlə üzləşdiyini nəzərə alsaq, düşünürəm ki, bu sanksiyaların qaldırılması istiqamətində ən mənfi və ən təhlükəli istiqamət ola bilər.

Asim Mollazadə: Bir müddət İran zənginləşə bilər. Amma, sonra İranın daxilində mövcud olan rejimlə azad iqtisadiyyat uğrunda mübarizə aparan qüvvələr arasında prinsipial fikir ayrılığı mümkün ola bilər. Çünki bu gün, İran iqtisadiyyatında xırda ticarət xaricində bütün böyük strateji istiqamətlər müvafiq qrupun əlindədir. Bu müvafiq qrup da özlərinə rəqib ola bilən orta, ya böyük həcmli yeni korporasiyaların yaranmasına qarşı çıxacaq. Əslində sanksiyaların ləğv olunması ilə bağlı ən böyük təhlükə onunla bağlıdır ki, biz narahatıq ki, İran yenə də Sovet İttifaqı və digər totalitar ölkələrə məxsus olan ideologiyanın xaricə ixracı ilə məşğul olacaq. Söhbət ondan gedir ki, böyük bir təhlükə var ki, şiə islam inqlablarının ixracı, bölgədə, - Suriyada, İraqda olan proseslər onu göstərdi ki, müəyyən qədər iqtisadi imkanların məhdudlaşmasına baxmayaraq vəsaitləri bu istiqamətdə axıtmışdı. Bu davam edərsə yeni iqtisadi güclə və yeni böyük həcmdə gələn maliyyə ilə yenidən ideologiya istiqamətində inqilabın ixracına yönəlmiş proseslər daha da güclənərsə bu, həm qərb üçün, həm Avropa üçün xüsusi olaraq yeni problemlər yarada bilər. Azərbaycanın da dəfələrlə İranın hansısa islam inqilabının ixracı ilə bağlı problemlərlə üzləşdiyini nəzərə alsaq, düşünürəm ki, bu sanksiyaların qaldırılması istiqamətində ən mənfi və ən təhlükəli istiqamət ola bilər.

XS
SM
MD
LG