“Həmişə olduğu kimi, əfv fərmanından gözləntilərimiz böyükdür. Amma ümidlərimiz doğrulacaq, ya yox, istədiyimiz geçək olacaq, ya yox? Bu, artıq başqa məsələdir.”
Bu barədə birgə İşçi Qrupun üzvü, hüquq müdafiəçisi Novella Cəfəroğlu Turan-a bildirib.
O, Monitorinq Qrupunun məhbuslar siyahısında olan məhbusların adlarının əfv edilməsi üçün Əfv Komissiyasına təqdim olunduğunu da vurğulayıb.
“Bir də təkrar edirəm ki, gözləntilərimiz çox böyükdür, amma bu, gerçək olacaq ya yox, bizim iradəmizdən asılı deyil,” deyə xanım Cəfəroğlu konkret mövqe ifadə etməyib.
Əfv Komissiyasının toplantıları başa çatıb. Komissiya üzvlərindən bəzilərinin açıqlamalarına görə, 400-ə qədər müraciətə baxılıb.