Accessibility links

Stefan Şennak Azərbaycan hakimiyyətini Avropa Şurası standartlarına əməl etməyə çağırıb


Stefan Şennak
Stefan Şennak

Stefan Şennak aprelin 6-8-də Azərbaycana səfər edib

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Stefan Şennak bu yaxınlarda Qarabağda vəziyyətin gərginləşməsilə bağlı narahatlığını bildirib.

O həmçinin Azərbaycanı AŞ qarşısındakı öhdəliklərini tam yerinə yetirməyə, siyasi məhbusları azad etməyə və QHT-lərin fəaliyyəti yolunda maneələri aradan qaldırmağa çağırıb.

Şennak aprelin 6-8-də Azərbaycana səfər edib və çərşəndə axşamı öz missiyasının yekunları ilə bağlı bəyanat yayıb.

O, Dağlıq Qarabağda qoşunların təmas xəttində vəziyyətin kəskinləşməsindən və mülki əhali arasında qurbanların, hər iki tərəfdən itkinin olması barədə xəbərlərdən ciddi narahatlığını bildirib.

Bununla belə, Şennak atəşin dayandırılmasını alqışlayıb və münaqişənin dinc yolla nizamlanması üzrə danışıqların təcili bərpasına çağırıb.

Sonra həmməruzəçi Azərbaycan prezidenti İlham Əliyevlə konstruktiv görüşündən danışıb, bu ilin martında bir neçə hüquq müdafiəçisinin və siyasi fəalın azad edilməsini alqışlayıb.

“Mən hələ də həbsdə olan fəalların məsələsini hakimiyyətlə müzakirə etdim və ölkədə baş verən son hadisələr belə ümid etməyə əsas verir ki, tezliklə yenə azadlığa buraxılmalar olacaq”, - Şennak vurğulayıb.

Həmçinin Azərbaycanda QHT-lərin fəaliyyətini tənzimləyən qanunvericilik və onun reallaşması məsələləri müzakirə edilib.

Əsasən fəalların, müstəqil KİV və ictimai təşkilatların işinə yardım göstərilməsinin, normativ-hüquqi bazanın AŞ standartlarına tam uyğunlaşdırılmasının vacibliyi qeyd olunub.

“QHT demokratik prosesə öz töhfəsini verir və onlara mane olmaq yox, təşviq etmək lazımdır”, - AŞPA həmməruzəçisi qeyd edib.

Şennakın həmsöhbətləri, o cümlədən vətəndaş cəmiyyətinin nümayəndələri məhkəmə sisteminin müstəqil olmaması ilə bağlı narahatlıqlarını və inamsızlıqlarını bildiriblər. “Görüşlərim zamanı hakimiyyət məni əmin etdi ki, ölkə əvvəlkitək AŞ qarşısındakı öhdəliklərini yerinə yetirməyə sadiqdir. Bu sahədə son islahatlar barədə mənə məlumat verildi”, - o vurğulayıb.

Bununla belə Şennak müstəqil məhkəmə sisteminin möhkəmləndirilməsi və məhkəmə sisteminə inamın bərpası məqsədilə gələcək islahatların vacibliyini qeyd edib.

Müzakirələr zamanı 2015-ci ilin noyabrında keçirilən parlament seçkilərindən sonra siyasi vəziyyətə diqqət yönəlib. “Seçki qanunvericiliyinin Avropa Şurasının tövsiyələrinə uyğunlaşdırılmasının təkmilləşdirilməsi üzrə lazımi tədbirlər görülməlidir”, - həmməruzəçi bildirib. O, hakimiyyətin yaxın vaxtlarda 90 saylı seçki dairəsində Milli Məclisə yeni seçkilər keçirmək niyyətində olması barədə xəbəri alqışlayıb.

Şennak sözügedən məsələlərlə bağlı dialoqun davam etdirilməsinin vacibliyini vurğulayıb.

Səfər zamanı Şennak Azərbaycan prezidenti, parlamentin spikeri, Konstitusiya Məhkəməsinin sədri, ombudsman, ədliyyə naziri, baş prokuror, Mərkəzi Seçki Komissiyasının sədri, parlamentin deputatları, həmçinin AŞPA-da Azərbaycan nümayəndə heyətinin üzvləri ilə görüşüb.

O həmçinin parlamentdə təmsil olunmayan müxalifət partiyalarının, vətəndaş cəmiyyətinin və KİV nümayəndələri ilə görüşüb.

Şennak qadın koloniyasında Xədicə İsmayılovaya baş çəkib. O bu yaxınlarda azadlığa buraxılan fəallar, o cümlədən Leyla və Arif Yunuslar, İntiqam Əliyev, Tofiq Yaqublu və Rəşadət Axundov ilə görüşüb.

Stefan Şennak 2015-ci ilin dekabrında polşalı deputat Tadeuş İvinskinin yerinə Azərbaycan üzrə həmmərizəçi təyin edilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG