Accessibility links

Avropa Məhkəməsi Yunuslara qarşı işgəncə faktını tanıyıb [Audio-Müsahibə]


Avropa Məhkəməsi hüquq müdafiəçiləri Leyla və Arif Yunusların işi üzrə qərarını elan edib.

Məhkəmə hüquq müdafəçilərinin Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü (işgəncələrin qadağan olunması) maddəsi ilə hüquqlarının pozulduğunu tanıyıb.

Avropa Məhkəməsinin qərarına əsasən Azərbaycan hökuməti hər birinə 13000 avro kompensasiya, hər birinə 4000 avro məhkəmə və digər xərclər üçün vəsait ödəyəcək.

Cavad Cavadov
Cavad Cavadov

Məhkəmə qərarında həmçinin deyilir ki, hər iki hüquq müdafiəçisi barədə həbs qətimkan tədbiri seçilən zaman onlara lazimi tibbi yardım göstərilməyib.

Qərarda cavabdeh dövlətin Konvensiyanın 34-cü maddəsinə (fərdi şikayətlər) əsasən öz öhdəliklərinə əməl etmədiyi də yer alıb.

Vəkil Cavad Cavadov məhkəmənin qərarını Amerikanın Səsinə şərh edərək deyib ki, Konvensiyanın 34-cü maddəsinə görə hüquq müdafiəçiləri həbsdə olduğu müddətdə vəkilləri Xalid Bağırov vəkillikdən uzaqlaşdırılıb və onlarla ünsiyyətdə olmağa imkan verilməyib.

Hal-hazırda hüquq müdafiəçilərin daha iki işi, - Konvensiyanın 5-ci (azadlıq və toxunulmazlıq hüuqu) və 18-ci (hüquqlarla bağlı məhdudiyyətlərdən istifadənin hədləri) maddələri üzrə Avropa Məhkəməsində olduğunu xatırladıb. Cavadovun sözlərinə görə, bu işlər üzrə kommunikasiya başa çatıb və qərar gözlənilir.

please wait

No media source currently available

0:00 0:01:57 0:00
Direct link

Leyla və Arif Yunuslar Cinayət Məcəlləsinin 178.3.2-ci və digər maddələrinə əsasən ittiham olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 avqust 2015-ci tarixli hökmü ilə Leyla Yunus 8 il 6 ay, Arif Yunus isə 7 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdə həmçinin onların əmlaklarının müsadirə olunması, bank hesablarındakı vəsaitin alınaraq dövlətin hesabına köçürülməsi öz əksini tapıb. Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apellyasiya şikayəti veriblər.

Bakı Apellyasiya Məhkəməsinin 2015-ci il noyabrın 12-də keçirilən prosesində Arif Yunusun barəsində seçilmiş həbs-qətimkan tədbiri dəyişdirilib, ondan başqa yerə getməməklə bağlı iltizam alınıb. Bundan sonra A.Yunus məhkəmə zalından azadlığa buraxılıb.

2015-ci il dekabrın 9-da isə Leyla Yunusun apellyasiya şikayəti üzrə qərar elan edilib. Qərara əsasən Leyla Yunus barəsində təyin olunan 8 il 6 ay, Arif Yunus barəsində isə təyin olunan 7 il müddətində azadlıqdan məhrum etmə cəzası 5 il sınaq müddəti təyin olunmaqla şərti hesab edilib.

Leyla Yunus məhkəmə zalından azadlığa buraxılıb. Bir müddət sonra onların hər iki müalicə olunmaq üçün Hollandiyaya gediblər.

Leyla Yunus Hepatit C xəstəliyindən, Arif Yunus isə yüksək təzyiqdən əziyyət çəkir.

Kasassiya şikayətlərində onların barələrində olan cinayət işinə xitam verilməsi və bəraət hökmünün çıxarılması istənilib.

XS
SM
MD
LG