Accessibility links

Amnesty İnternational Realçıların həbsindən narahatdır


Amnesty İnternational
Amnesty İnternational

Bu barədə təşkilatın bəyanatında deyilir

Amnesty İnternational hüquq-müdafiə təşkilatı son günlər REAL Hərəkatının üç fəalı Natiq Cəfərli, Elşən Qasımov və Toğrul İsmayılovun həbsini pisləyib.

“Azərbaycan hakimiyyəti Natiq Cəfərli, Elşən Qasımov və Toğrul İsmayılovun üzərindən bütün ittihamları götürməli və onları dərhal qeyd-şərtsiz azad etməlidir”, - Amnesty International-ın avqustun 16-da yaydığı bəyanatda deyilir.

“Üç siyasi fəalın həbsi hakimiyyət orqanlarının ölkədə fundamental ifadə və assosiasiya azadlığının təmin edilməsinə ardıcıl sərt münasibətinin göstəricisidir”, - bəyanatda deyilir.

REAL Hərəkatının icraçı katibi Natiq Cəfərli avqustun 12-də qanunsuz sahibkarlıq və vəzifə səlahiyyətindən sui-istifadə ittihamı ilə həbs edilib.

REAL fəalları Elşən Qasımov və Toğrul İsmayılov avqustun 15-də saxlanılıblar və növbəti gün polisə tabe olmamaq ittihamı ilə inzibati qaydada 7 sutka həbs ediliblər.

XS
SM
MD
LG