Accessibility links

Əli İnsanova 3 maddə ilə ittiham irəli sürülüb [Vəkil Toğrul Babayevin Amerikanın Səsinə müsahibəsi]


Əli İnsanov
Əli İnsanov

Keçmiş səhiyyə naziri ittihamları qəbul etmir

Həbsdə olan keçmiş səhiyyə naziri Əli İnsanova qarşı Cinayət Məcəlləsinin 3 maddəsi ilə ittiham irəli sürülüb.

please wait

No media source currently available

0:00 0:02:50 0:00

Vəkil Toğrul Babayev Amerikanın Səsinə müsahibəsində bildirib ki, sabiq nazirə qarşı Cinayət Məcəlləsinin 234.1-ci (atış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama), 315.2 (Hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə müqavimət göstərmə, xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ona və ya onun yaxın qohumlarına qarşı belə zor tətbiq etmə və ya zor tətbiq etmə hədəsi ilə hədələmə, bu maddədə göstərilən şəxslərə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) və 317-2.1-ci (Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi, eyni əməllər təkrar törədildikdə) maddələri üzrə yeni ittiham irəli sürülüb.

Bu maddələrin sanksiyasında 7 ilədək həbs nəzərdə tutulur.

“Əli İnsanov ittihamları qəbul etmir, qəti olaraq etirazını bildirir. O hesab edir ki, bunlar hamısı qurama işlərdir. Bunlar hamısı ona qarşı qərəzli şəkildə edilir ki, azadlığa çıxmasına mane törədilsin. İnsanovun azadlığa çıxmasına bir ay 27 gün qalmışdı”, Babayev qeyd edib.

Vəkil Əli İnsanovun istintaqa ifadə vermədiyini bildirib.

Onun sözlərinə görə, hazırda Qaradağ rayon Məhkəməsində Əli İnsanovun 1 saylı Bakı İstintaq Təcridxanasına etap olunması məsələsinə baxılır.

“Cəzaçəkmə müəssisəsinə bütün dərmanlar müəssisənin rəhbərliyi tərəfindən buraxılır. Bu dərmanların Əli İnsanova dəxli yoxdur. O alim adamdır, 70 yaşı var. İnsanov heç kimə qarşı müqavimət göstərmədiyini, ümumiyyətlə belə bir hadisənin olmadığını bildirir”, vəkil qeyd edib.

Babayev apellyasiya şikayəti veriləcəyini bildirib.

Əli İnsanov 2005-ci ilin oktyabrında parlament seçkiləri öncəsi dövlət çevrilişinə cəhdə hazırlıq ittihamı ilə həbs edilib. Sonradan ittiham iqtisadi cinayətlərlə əvəz olunub. Sabiq nazir 2007-ci ilin aprelində rüşvət almaq, vəzifə səlahiyyətlərini aşmaq, bir sıra iqtisadi cinayətlər törətmək ittihamı ilə 11 il azadlıqdan məhrum edilib.

O, hüquq müdafiə təşkilatları tərəfindən siyasi məhbus kimi tanınıb.

2013-cü il martın 14-də Avropa İnsan Hüquqları Məhkəməsi sabiq nazirin ədalətli mühakimə olunmadığı haqda qərar çıxarıb. Həmin qərara əsaslanan Azərbaycan Ali Məhkəməsinin Plenumu Əli İnsanovun işini yenidən baxılması üçün apellyasiya instansiyasına göndərib.

2014-cü ilin fevralında Bakı Apellyasiya Məhkəməsi Əli İnsanov barəsində çıxarılmış 11 illik həbs qərarını qüvvədə saxlayıb.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG