Accessibility links

Elmar Məmmədyarov Gürcüstana səfər edib (Yenilənib)


Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Gürcüstana rəsmi səfəri çərçivəsində avqustun 29-da bu ölkənin xarici işlər naziri Mixeil Canelidze ilə görüşüb.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, görüşdə iki ölkə arasında siyasi dialoq və qarşılıqlı anlaşmanın inkişaf səviyyəsindən məmnunluq ifadə olunub, yüksək səviyyədə həyata keçirilən səfərlər və siyasi məsləhətləşmələrin əməkdaşlığın inkişafına mühüm töhfə verdiyi vurğulanıb.

Nazirlər Azərbaycan və Gürcüstanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyini dəstəklədiklərini qeyd edib.

Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə aparılan müzakirələrdən danışarkən bildirib ki, Azərbaycan ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfindən qəbuledilməz və qeyri-davamlı hesab edilən mövcud status-kvonun dəyişdirilməsi üzrə substantiv danışıqların tərəfdarıdır.

“Münaqişənin həllində irəliləyişə nail olmaq üçün BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə uyğun olaraq, Ermənistan qoşunları işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı və hərbi işğal faktına son qoyulmalıdır.”

Nazir əlavə edib ki, Ermənistan-Azərbaycan münaqişəsinin həll edilməsi regionda davamlı sülh və təhlükəsizliyin bərqərar olmasını təmin edəcək.

Görüşdə enerji və nəqliyyat sahəsində iki ölkə arasında əməkdaşlığın irimiqyaslı və qarşılıqlı faydalı layihələrin və proqramların həyata keçirilməsi üçün imkanlar yaratdığı, Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərinin uğurlu təcrübəsi əsasında Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan Cənub Qaz Dəhlizinin icrası istiqamətində iki ölkəl arasında fəal əməkdaşlığın olduğu qeyd olunub.

Nazirlər Bakı-Tbilisi-Qars (BTQ) dəmir yol xəttinin inşasının tezliklə başa çatdırılması üçün səylərin gücləndirilməsinə dair ətraflı fikir mübadiləsi aparıb, birgə mühüm infrastruktur layihələri həyata keçirən Azərbaycan, Gürcüstan və Türkiyə arasında artıq formalaşmış üçtərəfli tərəfdaşlıq mexanizminin mühüm əhəmiyyətini vurğulayıb.

***

Avqustun 29-da Azərbaycan xarici işlər nazir Elmar Məmmədyarov Gürcüstana gedib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumata görə, səfər çərçivəsində nazir Elmar Məmmədyarovun gürcüstanlı həmkarı Mikheil Janelidze, parlamentin sədri David Usupashvili və baş nazir Giorgi Kvirikashvili ilə görüşü nəzərdə tutulur.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG