Accessibility links

Azərbaycan yeni “Boeing 747-8F” təyyarəsi alıb


Boeng
Boeng

Bakıdan Çikaqo və Dəkkəyə yeni reyslər açılacaq

Azərbaycanın milli yük aviadaşıyıcısı “Silk Way Airlines” şirkəti daha bir yeni “Boeing 747-8F” təyyarəsi alıb.

Şirkətin mətbuat xidmətinin məlumatına görə, bu, “Silk Way Airlines” tərəfindən istismar olunacaq artıq səkkizinci “Boeing” tipli və dördüncü “Boeing 747-8F” təyyarəsidir. Yeni təyyarə aviaşirkətə ABŞ-a yeni istiqamətlər də daxil olmaqla, uçuş coğrafiyasını daha da genişləndirməyə imkan verəcək.

Məlumatda qeyd olunub k, Azərbaycanın paytaxtından Milan, Lüksemburq, Frankfurt, İstanbul, Dubay, Seul, Honkonq və Şanxaya mövcud birbaşa müntəzəm reyslərlə yanaşı, Çikaqo və Dəkkəyə yeni reyslərin açılması planlaşdırılır.

XS
SM
MD
LG