Accessibility links

Qiyas İbrahimlinin məhkəməsi başlayır


Qiyasəddin İbrahim

Sentyabrın 8-də Bakı Ağır Cinayətlər Məhkəməsində gənc fəal Qiyas İbrahimlinin məhkəməsi başlayır.

Vəkili Elchin Sadıqov bildirib ki, cinayət işi hakim Ənvər Seyidovun icraatına verilib.

Qiyas İbrahimli və Bayram Məmmədov Cinayət Məcəlləsinin 234-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma), 234.4.1. (Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməklə), 234.4.3. (Külli miqdarda törədilməklə) maddələri ilə ittiham olunur. İttihamlar təsdiqlənərsə beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası gözlənilir.

Lakin onlar bu ittihamı rədd edərək bildirirlər ki, Heydər Əliyevin abidəsinin üzərinə “Qul bayramınız mübarək!” və s. yazdıqları üçün həbs olunublar.

Bayram Məmmədovla bağlı ibtidai istintaqi isə hələ bitməyib. Xətai rayon Məhkəməsi Bayram Məmmədovun həbsini daha iki ay uzadıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya-Ukrayna gərginliyi fonunda Bayden-Putin görüşü baş tutub
please wait

No media source currently available

0:00 0:12:27 0:00

Amerika İcmalı

Amerika İcmalı - 3 Dekabr 2021
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG