Accessibility links

BMT-nin xüsusi məruzəçisi Azərbaycanda insan hüquqları müdafiəçilərinin vəziyyətini araşdıracaq


BMT-nin binası
BMT-nin binası

BMT-nin xüsusi məruzəçisi Mişel Forst 2016-cı il 14-22 sentyabrda insan hüquqları müdafiəçilərinin vəziyyətini araşdırmaq üçün Azərbaycanda rəsmi səfərdə olacaq.

BMT-nin Bakı ofisinin məlumatına görə, səfər çərçivəsində Mişel Forst Azərbaycanda vətəndaş cəmiyyətlərinin üzləşdiyi problemlər ilə bağlı ilk mənbədən məlumatlar toplayacaq və demokratiyanın yayılmasının yollarını araşdıracaq.

Səfər Azərbaycan hökumətinin dəvəti ilə baş tutacaq.

Səfər müddətində xüsusi məruzəçi bir sıra dövlət rəsmiləri, məhkəmə nümayəndələri, insan hüquqları müdafiəçiləri, o cümlədən vətəndaş cəmiyyətinin və diplomatik ictimaiyyətin nümayəndələri ilə görüşlər keçirəcək.

Xüsusi məruzəçinın yekun hesabatı 2017-ci ilin martında BMT-nın İnsan Hüquqları Şurasına təqdim olunacaq.

Mişel Forst BMT-nin İnsan Haqları Şurasının tərəfindən dünyada insan haqları müdafiəçilərinin himayə və müdafiəsini nəzərdən keçirmək üçün səlahiyyətləndirilmiş müstəqil ekspertdir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG