Accessibility links

Dini ekstremizmlə mübarizədə sərt qaydalar gözlənilir


Layihənin Milli Məclisə təqdim edildiyi bildirilir

Azərbaycanda dini ekstremizm əleyhinə xüsusi əməliyyatların aparılması zamanı hüquqi rejimin tələblərini pozanlar, əməliyyat ərazisində giriş-çıxışa mane olanlar cəzalana bilər.

APA-nın xəbərinə görə, bununla bağlı Azərbaycan prezidentinin təqdimatı ilə İnzibati Xətalar Məcəlləsinə yeni 517-1 maddəsinin əlavə edilməsi təklif olunur.

Bura eyni zamanda əməliyyat keçiriləcək ərazidən lazım olduğu təqdirdə köçürülmə tələblərinə tabe olmayanlar və nəqliyyat vasitələrin yoxlanmasına mane olanlar aid edilir.

Maddəyə görə, belə hallar baş verərsə, fiziki şəxslər 50 manatdan 80 manata qədər cərimə olunacaq. İşin halları və pozuntu törədəninin şəxsiyyəti nəzərə alınmaqla ona 15 sutkayadək inzibati həbs cəzası da verilə bilər.

Eyni hallarda vəzifəli şəxslər 450 manatdan 600 manata qədər, hüquqi şəxslər isə 2000 manatdan 3000 manata qədər cərimələnə bilər.

Layihənin Milli Məclisə təqdim edildiyi bildirilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG