Accessibility links

Milli Şuranın mitinqi başa çatdı [Fotoqalereya] & [Video]


Milli Şura növbəti mitinqini keçirir
Milli Şura növbəti mitinqini keçirir

Əsas şüarı “Monarxiyaya yox! Talana son!” olan mitinqdən sonra saxlananlar var

Bu gün Milli Şuranın Konstitusiya dəyişiklikləri haqda referenduma və ölkədə sosial-iqtisadi vəziyyətin ağırlaşmasına qarşı keçirdiyi növbəti etiraz mitinqi başa çatıb. Mitinq Bakının Yasamal rayonundakı “Məhsul” stadionunda (“İnşaatçılar” metrostansiyasının yanı) baş tutub. Əsas şüarı “Monarxiyaya yox! Talana son!” olan mitinqdən sonra saxlananlar var.

***

Mitinqə son nitqi Milli Şurasının sədri Cəmil Həsənli söyləyib. Çıxışı zamanı sədrlik etdiyi qurumu xarici ölkələrə işləməkdə ittiham edən iqtidarı və medianı tənqid edərək bildirib ki, məqsədləri xalqın gözünü xaricdən çəkməkdir. "Millətimizin gözünü xaricdən çəkməliyik. Millətimizi öz gücünə, öz iradəsinə inanmağa çağırmalıyıq. Çünki bu milləti özündən başqa heç kim azad etməyəcək".

Cəmil Həsənli: "Millətimizi öz gücünə inanmağa çağırmalıyıq"
please wait

No media source currently available

0:00 0:01:44 0:00

***

Taleh Bağırovun müraciəti:

«Bu gün ölkədə iki dəstə var – zülm və haqq tərəfdarları. Seyrçi qalanlar isə bilsinlər ki, zülmün yanındadırlar. Milli iradəyə qarşı çıxanlar düşmənlərlə əlbirdirlər».

Mitinqdə «Müsəlman Birliyi Hərəkatı»nın rəhbəri Taleh Bağırovun müraciəti də oxunub: «Mən vaxtilə Xədicə İsmayılı müdafiə edəndə deyirdilər ki, onu niyə müdafiə edirsən, o, ateistdir. Zalımın qapısında namaz qılanlardansa, zülmün qarşısında dayanan ateist yaxşıdır. Çünki o, zülmə etiraz edir. Özünü islamçı adlandıranlar, niyə seyrçi qalırsınız? Kim bu hakimiyyətə dəstək verirsə, Allaha yox, bütə ibadət edir».

Bundan sonra meydanda «Gəlmişik ki, meydana, yox deyək şeytana!», «Azadlıq!», «İstefa!» şüarları səslənib.

***

Gözəl Bayramlı: "11 sentyabrın izdihamı hakimiyyəti qorxuya salıb"
please wait

No media source currently available

0:00 0:01:52 0:00

AXCP sədrinin müavini Gözəl Bayramlı : “11 sentyabr mitinqi bu hakimiyyəti qorxuya salıb. Mitinqə gələn insanların yolları kəsilib. Saatlıda, Sabirabadda, Sumqayıtda mitinqə gələnlərin qarşısı alının. Ağsuda onlarla insanlar geri qaytarılıb. Digər rayonlarda da vəziyyət belədir. Neçə-neçə mitinq təşkilatçıları həbs olunub. Bu hakimiyyət 23 ildir ki Azərbaycan xalqına zülm edib. Hakimiyyət hiss edir kİ. xalqın oyanışı baş verib. Və xalq biraraya gələcəyi təqdirdə bu hakimiyyəti tarixin arxivinə yolayacaq. Bu hakimiyyət xalqı bir parça çörəyə möhtac edib. Biz biq xalq olaraq azadlıq yolumuzdakı baryer olan bu hakimiyyəti önümüzdən götürməyə nail olacağıq. ”

***

Həbsdə olan AXCP sədrinin müavini Fuad Qəhrəmanlının həyat yoldaşı, yazar Zümrüd Yağmur da mitinqdə çıxış edib.

Zümrüd Yağmurun çıxışı "Azadlıq" şüarları ilə müşayiət olunub
please wait

No media source currently available

0:00 0:01:56 0:00

“Mən buradan bütün siyasi məhbusların adından Sizə müraciət edirəm. Mən rejimin mahiyyətini ifşa edən 17 nəfər məhbusun adından danışa bilərəm. Biz özümüzü siyasi məhbusların yaxını sayırıq. Amma bizim durumumuz sizdən fərqlənmir. Bizə təsəlli o olar ki, bizim həbsdə olanların yerini doldurasız. Mən şadam ki, təbiətin şıltaqlığına baxmayaraq Siz burdasız.

Hakimiyyətdikilər özlərini ən bacarıqlı kimi qələmə verməyə çalışırlar. Xeyir bu belə deyilə Onlar bu ölkənin ən bacarıqsızıdır. Çəkilin gedin ki, həqiqi bacarıqlılar bu ölkəyə rəhbərlik edib onu inkişaf etdirsinlər. Tale Bağırzadə məhkəmədə ifadəsində bildirdi ki, ona işgəncə verəndə deyiblər ki, “çağır Allahını gəlsin”. Bu hakimiyyət artıq Allaha meydan oxyur. Biz buna dözəcəyikmi?”.

***

Aparıcı çıxış üçün sözü AXCP sədri Əli Kərimliyə verdi: “Ey təbiətin şıltaqlığına, bağlı yollara baxmayaraq bütün maneələri aşa bilən Azərbaycanın mərd oğulları Sizə eşq olsun salamlayıram. 11 sentyabrda nümayiş etdirdiyiniz izdihamla bu hakimiyyəti necə qorxutmusunuzsa tam 6 gündür ki, mitinqə qarşı olmazın üsullarından istifadə edib kampaniya aparırlar. Dünənə qədər deyirdilər ki, bu ölkədə müxalifət yoxdur. Amma bu gün qorxularından Bakıya gələn bütün yolları bağlayıblar”.

“Mitinq iştirakçılarının İlham Əliyevə mesajı var”

Ə.Kərimli bildirib ki, mitinqin təşkilatçıları olan AXCP-nin 51 funksionerini həbs ediblər:

“Biz bu həbslər barədə məlumat verib Sizi narahat etmədik. Həbslər davam etdikcə, yollar bağlandıqca, yağış yağdıqca belə təkliflər gəlirdi ki, bəlkə mitinqi təxirə salaq. Azadlığı o millət haqq edir ki, həmin həbslərə gülə-gülə gedir. Əziz dostlar biz yağıça, qara, soyuğa qalib gəlməyi öyrənməsək necə bu zülmkarlara qalib gəlməyi öyrənəcəyik. Biz 88-ci ildə noyabr gecələrinin birində çox ciddi şaxtalı bir gecə oldu. Həmin zaman insanlar meydanı yavaş-yavaş tərk etməyə başladılar. O zaman biz gənclər qurşaqdan yuxarı soyunub “biz ölərik meydanı tərk etmərik” şüarını səsləndirdik. O zman meydanı tərk edənlər də geri döndü. Biz ilk növbədə bunlara qalib gəlməliyik”.

Ə.Kərimli bildir dki, bu korrupsionerlər indi, 23 illik sülalə hakimiyyətlərini qanuniləşdirmək istəyirlər: “Bura toplaşanların İlham Əliyevə mesajı var. Biz Konstitusiyanın onun və ailəsi üçün dəyişdirilməsinə “yox” deyirik”.

AXCP sədri Əli Kərimli çıxış edir :Biz Konstitusiyanın dəyişdirilməsinə “yox” deyirik
please wait

No media source currently available

0:00 0:00:26 0:00

AXCP sədri Əli Kərimli çıxış edir :Biz Konstitusiyanın dəyişdirilməsinə “yox” deyirik
please wait

No media source currently available

0:00 0:01:03 0:00

****

Sentyabrın 17-də Yasamal rayonundakı «Məhsul» stadionunda Milli Şuranın mitinqi dövlət himni ilə açılıb.

Meydanda «140 milyard neft pulları hanı?», «Biz sizi seçməmişik», «Maaş 105 manat, təhsil haqqı 4000 manat», «Gözünüz doymadı», «Avropa Birliyi ilə Assosiasiya sazişi imzalansın» kimi şüarlar qaldırılıb.

Mitinq ölkədəki ağır duruma və sentyabrın 26-da keçiriləcək Konstitusiyaya dəyişikliklərə etiraz olaraq keçirilir.

Sentyabrın 17-də Milli Şuranın mitinqi başlamamışdan əvvəl polis AXCP-nin Sumqayıt təşkilatının fəallarından olan Ülfət Hacıyevi saxlayıb.

AzadlıqRadiosunun hadisə yerində olan müxbiri xəbər verir ki, Ülfət Hacıyev mitinqə plakat gətirdiyinə görə saxlanılıb.

***

Bu gün Milli Şuranın Konstitusiya dəyişiklikləri haqda referenduma və ölkədə sosial-iqtisadi vəziyyətin ağırlaşmasına qarşı növbəti etiraz mitinqi keçiriir.

Mitinq Bakının Yasamal rayonundakı “Məhsul” stadionunda (“İnşaatçılar” metrostansiyasının yanı) baş verir.

Mitinqin əsas şüarı “Monarxiyaya yox! Talana son!”dur.

Mitinqin deyilən vaxtda və ünvanda keçirilməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinin razılığı var və Bakı polisi aksiyanın təhlükəsizliyini təmin edəcək.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG