Accessibility links

Venesiya Komissiyası Azərbaycanda Konstitusiyaya dəyişikliklərlə bağlı referenduma mənfi rəy verib


Avropa Şurasının Venesiya Komissiyası
Avropa Şurasının Venesiya Komissiyası

Avropa Şurası Venesiya Komissiyası (VK) sentyabrın 26-da Azərbaycanda keçiriləcək referendumla bağlı ilkin rəyini açıqlayıb. Komissiya referendum aktını tənqid edib.

Təklif edilən düzəlişlərin bir çoxu prezidentə “görünməmiş” səlahiyyətlər verərək hakimiyyətin qolları arasında balansı pozur.

VK ekspertləri hesab edir ki, 2009-cu ildən müddətsiz sayda seçilə bilən dövlət başçısının onsuz da güclü mövqeyi nəzərə alınmaqla prezident mandatının beş ildən yeddi ilədək artırılmasının “heç bir bəraəti yoxdur”.

Bundan əlavə, prezidentə parlamenti buraxmaq səlahiyyətinin verilməsi “parlamentdə siyasi özgəfikirliliyə” mənfi təsir göstərir. Bu, həm də məhkəmə sisteminin müstəqilliyinə mənfi təsir göstərir, çünki hakimlərin təsdiqlənməsində parlamentin rolunu zəiflədəcək.

VK ekspertləri hansısa müddətdə ölkəni idarə edə biləcək vitse-prezidentlərin təyin edilməsindən və vaxtından əvvəl prezident seçkilərini elan etmək üçün dövlət başçısına səlahiyyət verilməsindən “çox narahatdır”.

Eyni zamanda, VK referendum prosedurunu, əsasən parlamentdə və ictimaiyyət arasında ilkin müzakirələr aparılmadan, həm də çox qısa müddətdə keçirilməsini tənqid edib.

Vaxt olmadığından VK ekspertləri Azərbaycana səfər edib hakimiyyət nümayəndələri, ekspertlər və digər əlaqədar tərəflərlə birbaşa məsləhətləşmələr apara bilməyib. Bununla əlaqədar Venesiya Komissiyası Azərbaycan hakimiyyətinin layihə referenduma təqdim edilənə qədər onunla məsləhətləşmə aparmamasına təəssüf edir.

Eyni zamanda, ekspertlər “insan ləyaqəti qorunur və hörmətlə yanaşılır”, “özbaşınalıqdan müdafiə və ləyaqətli davranış hüququ” ilə bağlı düzəlişləri müsbət qiymətləndirib.

“Hüquq və azadlıqların məhdudlaşdırılması dövlətin nail olmaq istədiyi məqsədə uyğun olmalıdır” düzəlişi də müsbət qiymətləndirilib.

Lakin ekspertlər “ictimai asayiş” və “mənəviyyat”ın qorunması mülahizələri altında açıq toplaşmalarıın məhdudlaşdırılmasını nəzərdə tutan düzəlişlərlə razı deyil. Çünki bu müddəalar olduqca geniş təfsirə yol verir.

İlkin rəy təsdiqlənmək üçün VK-nın oktyabrın 14-15-də keçiriləcək plenar sessiyasına təqdim ediləcək.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG