Accessibility links

Ceyms Uorlik: Prezidentlərin növbəti görüşünün vaxtını və yerini müzakirə edəcəyik [Video]


Ceyms Uorlik: Prezidentlərin növbəti görüşünün vaxtını və yerini müzakirə edəcəyik
please wait

No media source currently available

0:00 0:02:26 0:00

Minsk Qrupunun amerikalı həmsədri mətbuat konfransı keçirib

ATƏT-in Minsk Qrupunun həmsdərləri Bakıda və Yerevanda iki ölkə prezidentinin görüşünün yerini və vaxtını müzakirə edəcək. Minsk Qrupunun həmsədrləri iki ölkə arasında dialoqun intensivləşməsinə kömək edir. Bu barədə ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik bu gün Bakıda Azərbaycan Dillər Universitetində keçirdiyi mətbuat konfransında bildirib.

Onun fikrincə, sülh vaxtı gəlib çatıb:

“Nə edilməlidir. Dağlıq Qarabağ münaqişəsi münaqişə formatında qalmalıdır? Biz istəyirik ki, tərəflər öz mövqelərinə baxıb münaqişəni sülh yolu ilə həll etsinlər. Hər iki xalq sülh şəraitində yaşamağa layiqdir. Biz səbirsizliklə prezidentlərin görüşünü gözləyirik. Ümid edirik ki, prezidentlərin növbəti görüşündən sonra danışıqlarda irəliləyişlə bağlı məlumatları sizinlə bölüşəcəyik”, səfir Urolik jurnalistlərin çoxsaylı suallarına cavab verib.

C.Uorlik münaqişədə danışıqların formatı və elementlərindən danışarkən deyib ki, işğal olunmuş ərazilər qaytarılmayınca danışıqlarda hər hansı razılıq əldə ediləcəyi mümkün deyil. Hazırki status-kvo davamlı olan bir amil deyil.

“İşğal olunmuş ərazilərin Azərbaycanın nəzarətinə qaytarılması, qoşunların çıxarılması danışıqlarda çoxsaylı elementlərdəndir. Bundan başqa köçkünlərin qaytarılması, sülhyaradıcı qüvvələrin yerləşdirilməsi də ilkin elementlər kimi diqqətdə saxlanılır. Bununla yanaşı, dəhliz məsələsi də danışıqların mövzusudur. Prezident Əliyev tərəfindən Dağlıq Qarabağın gələcək statusu barədə fikir irəli sürülüb. Prezident Əliyevin Dağlıq Qarabağın statusu məsələsini danışıqların predmetinə çevirməsini alqışlayırıq. Hesab edirik ki, prezidentlər bu istiqamətdə danışıqlar aparmalıdır”, Uorlik qeyd edib.

Amerikalı həmsədrin fikrincə, prezidentlərin Vyana və Sankt-Peterburq görüşlərində münaqişənin davamlı həlli üçün yaxşı imkanlar yaranıb.

“Həmsədrlərin prezidenlərlə müzakirə edəcəyi çox maraqlı fikir və ideyaları var. Biz səfərimiz zamanı bu fikir və ideyaları prezidentlərlə müzakirə edəcəyik”, o qeyd edib.

“Rusiya və ABŞ-ın müxtəlif məsələlərdə, o cümlədən regional münaqişələrdə aralarında ciddi fikir ayrılıqları olduğu halda Dağlıq Qarabağ münaqişəsində mövqelərdə yaxınlıq gözləmək mümkündürmü? - sualının cavabında səfir Uorlik deyib ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə ABŞ və Rusiya sadiqdir.

“Minsk Qrupunun həmsədrləri bu yaxınlarda Moskvada olub və Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşüb. Bizim Rusiya ilə münaqişənin sülh yolu ilə bağlı paylaşdığımız eyni bir hədəf var”, o qeyd edib.

C.Uorlik Amerikanın Səsinin dövlər katibi Con Kerrinin Dağlıq Qarabağ münaqişəsinin həllinə tərəflərin hazır olmaması və prezident İlham Əliyevin münasibəti ilə bağlı sualına cavabda deyib ki, Con Kerri tərərflərlə işləyərək münaqişənin həllinə dəstəyini nümayiş etdirib. O, Con Kerrinin tərəflərlə keçirdiyi görüşləri sadalayıb.

“Prezidentlər Əliyev və Sarkisyan münaqişənin həlli ilə bağlı üzərlərinə öhdəlik götürməli və irəliləməlidirlər. Mən şəxsən prezident Əliyevlə danışmışam. O bildirib ki, münaqişənin sülh yolu ilə həllinə sadiqdir və Ermənistan prezidenti ilə görüşə hazırdır”, o qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG