Accessibility links

Avropa Məhkəməsi müxalif namizədin azad seçki hüququnun pozulduğunu tanıyıb


Avropa İnsan Hüquqları Məhkəməsi
Avropa İnsan Hüquqları Məhkəməsi

Oktyabrın 27-də Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) müxalifətçi Aydın Şükürovun Azərbaycan hökumətinə qarşı şikayəti üzrə qərarını açıqlayıb.

AİHM 2010-cu ilin parlament seçkilərində onun hüquqlarının pozulduğunu tanıyıb və 10 min avro kompensasiya, məhkəmə xərclərinə görə isə daha 1 min avro ödənilməsini qərara alıb.

AİHM-də A.Şükürovun hüquqlarını hüquqşünas və hüquq müdafiəçisi İntiqam Əliyev müdafiə edib.

Klassik Xalq Cəbhəsi Partiyasının üzvü olan A.Şükürov 125 saylı Zəngilan-Qubadlı dairəsindən namizədliyini irəli sürüb.

A.Şükürov hesab edir ki, seçkilər zamanı kütləvi pozuntular və saxtalaşdırmalar baş verib, ancaq Mərkəzi Seçki Komissiyası onun şikayətini təmin etməyib. Apellyasiya və Ali məhkəmə instansiyaları da Şükürovun şikayətini təmin etməyib.

AİHM belə nəticəyə gəlib ki, A.Şükürovun şikayətləri effektiv araşdırılmayıb. Bundan əlavə, AİHM avqustun 8-də İntiqam Əliyevin ofisində axtarış zamanı A.Şükürovun iş materiallarının götürülməsini fərdi müdafiə hüququnun pozulması kimi qiymətləndirib.

AİHM A.Şükürovun hüquqlarının 1 saylı Protokolun 3-cü maddəsi (azad seçki hüququ), 13-cü maddə (hüquqi müdafiədən effektiv istifadə hüququ) və 34 (fərdi şikayətin verilməsi hüququ) üzrə pozulduğunu tanıyıb.

Maraqlıdır ki, Azərbaycan hökuməti AİHM-dən xahiş edib ki, pul kompensasiyasının həcminin müəyyən edilməsi zamanı milli valyutanın devalvasiyası nəzərə alınsın. Lakin məhkəmə məzənnənin qərar çıxarıldığı vaxtdan yox, şikayətin verildiyi vaxtdan hesablanmasını düzgün sayıb.

Bu, 2010-cu ildə Azərbaycanda keçirilən parlament seçkiləri üzrə AHİM-in çıxardığı 37-ci qərardır.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG