Accessibility links

Prokuror Bayram Məmmədova 10 il 6 ay həbs istəyib


Bayram Məmmədov (Foto by: Amid Süleymanov)
Bayram Məmmədov (Foto by: Amid Süleymanov)

Dekabrın 2-də Bakı Ağır Cinayətlər Məhkəməsində prokuror NİDA Vətəndaş Hərəkatının həbsdə olan fəalı Bayram Məmmədova 10 il 6 ay həbs istəyib.

Prosesə hakim Eynulla Vəliyev sədrik edir. Məhkəmə dekabrın 9-da davam etdiriləcək.

NİDA Vətəndaş Hərəkatının fəalları B.Məmmədov və Qiyas İbrahimov bu il mayın 10-da saxlanılıb. Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, B.Məmmədovdan 2.904 qram, evinə baxış zamanı əlavə olaraq 1 kiloqram 150 qram heroin aşkar edilib. Onunla birlikdə saxlanan Q.İbrahimovdan da 2.607 qram, yaşadığı mənzilə baxış zamanı isə əlavə 1 kiloqram 10 qram heroin tapıldığı iddia edilir.

Qiyas İbrahimov oktyabrın 25-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il azadlıqdan məhrum edilib.

Gənc fəallar məhkəmədə deyib ki, onlar Heydər Əliyevin doğum günü onun abidəsinə "Qul bayramınız mübarək!" yazdığına görə həbs edilib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG