Accessibility links

Müsavat Partiyasının fəalı polisə aparılıb


Müsavat Partiyası üzvü Raymonda Əliyeva
Müsavat Partiyası üzvü Raymonda Əliyeva

Müsavat Partiyasının fəalı Raymonda Əliyevanın polisə aparıldığı bildirilir.

Bu barədə partiyanın mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, dekabrın 2-də R.Əliyeva Xətai Rayon Polis İdarəsinin 35-ci polis bölməsinə, oradan isə Xətai Rayon Polis İdarəsinə aparılıb.

Baş verənlər insan hüquqlarının pozulması və hakimiyyətin müxalifətə təzyiq kampaniyasının davamıdır.
Müsavat Partiyasının bəyanatından

Bir neçə saat saxlanıldıqdan sonra müsavatçı xanımın polislə birlikdə evinə aparıldığı və ona məxsus noutbukun götürüldüyü deyilir.

R.Əliyevanın sonra yenidən polis idarəsinə aparıldığı açıqlanıb.

Xəbərdə qeyd edilir ki, polis idarəsindən müsavatçının yaxınlarına saxlanmasının səbəbləri ilə bağlı heç bir məlumat verilməyib.

Müsavat Partiyası bəyanatla çıxış edərək, partiyanın fəal üzvünün saxlanmasını pisləyib.

"Baş verənlər insan hüquqlarının pozulması və hakimiyyətin müxalifətə təzyiq kampaniyasının davamıdır", sənəddə deyilir.

Xətai Rayon Polis İdarəsindən hələlik, R.Əliyevanın saxlanmasının səbəbləri ilə bağlı məlumat almaq mümkün olmayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG