Accessibility links

Milli Məclis 2017-ci il dövlət büdcəsinin müzakirəsinə başlayıb


Milli Məclis keçmiş prezidentin təminatı haqqında qanunu üçüncü oxunuşda qəbul edib
Milli Məclis keçmiş prezidentin təminatı haqqında qanunu üçüncü oxunuşda qəbul edib

2017-ci il dövlət büdcəsinin gəlirləri 16,2 mlrd. manat, xərcləri 16,9 mlrd. manat proqnozlaşdırılır

Milli Məclis Azərbaycanın 2017-ci il dövlət büdcəsinin müzakirəsinə başlayıb.

2017-ci ild dövlət büdcəsi zərfinə "2017-ci il dövlət büdcəsi haqqında ", "Azərbaycan Respublikasında 2017-cı il üçün yaşayış minimumu haqqında”, "Azərbaycan Respublikasında 2017-ci il üçün ehtiyac meyarının həddi haqqında”, "Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2017-ci il büdcəsi haqqında ” qanun layihələri, Milli Məclisin və Hesablama Palatasının 2017-ci il üçün xərclər smetası daxildir.

2017-ci il dövlət büdcəsinin gəlirləri 16,2 mlrd. manat, xərcləri 16,9 mlrd. manat proqnozlaşdırılır.

Milli Məclisin sədri Oqtay Əsədov bildirib ki, problemlərə baxmayaraq Azərbaycan iqtisadiyyatı öz dayanaqlığını qoruyub saxlayıb.

“Neftin qiymətinin 3 dəfədən çox aşağı düşməsi səbəbindən ölkəmizin valyuta gəlirlərində azalma olub”.

Onun fikrincə, büdcədə sosial və məqsədli dövlət proqramları istisna olmaqla xərclər azaldılıb.

"Əsas prioritet qeyri-neft sektorundan daxilolmaların artırılmasıdır. Dövlət Neft Fondundan transfertin azalması olacaq və bu proses gələcəkdə davam edəcək”, spiker bildirib.

Maliyyə naziri Samir Şərifov deyib ki, Tarif Şurasının qərarı ilə qaz və işığın qiymət artırılması nəticəsində büdcəyə əlavə 300 mln. manat daxilolması gözlənilir.

“Bu gəlirin əhəmiyyətli hissəsi aztəminatlı əhalinin sosial müdafiəsinə yönəldiləcək. Bunun əlaqədar dövlət büdcəsinin gəlirləri ilə bağlı parlamentdə təqdim olunan layihədə dəyişiklik təklif edilir.

Dəyişiklik nəzərə alınmaqla büdcə gəlirləri 16,255 mlrd. manat məbləğində proqnozlaşdırılıb. Bu, 2016-cı ilin proqnoz göstəricisi ilə müqayisədə isə 567,0 mln. manat və ya 3,4% azdır. Növbəti ildə dövlət büdcəsinin xərcləri isə 16,900 mlrd. manat məbləğində proqnozlaşdırılır”.

Vergilər Nazirliyi üzrə büdcə proqnozu 7,510 mlrd. manat nəzərdə tutulur ki, bu da cari ilin proqnozundan 500,0 mln. manat və ya 7,1%,çoxdur.

Dövlət Gömrük Komitəsi üzrə daxilolmaların proqnozu 2,200 mlrd. manat nəzərdə tutulur ki, bu da 2016-cı ilin proqnozundan 390 mln. manat və ya 21,5% çoxdur.

Onun sözlərinə görə, 2017-ci ildə ARDNF-dan dövlət büdcəsinə transfertlər 6 100,0 mln. manat nəzərdə tutulur ki, bu da 2016-cı ilin proqnozu ilə müqayisədə 1515,0 mln. manat və ya 19,9% azdır.

“Gələn ilin büdcəsində gəlirlərin hesablanması zamanı neftin ixrac qiyməti 40 ABŞ dolları səviyyəsində nəzərdə tutulub.

Növbəti ilin büdcəsinin əvvəlki illərin büdcələrindən fəqrləndirən digər bir cəhəti dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən ayrılan maliyyə yardımının (dotasiyanın) məbləğinin nəzərəçarpacaq dərəcədə azaldılmasıdır.

Təqdim edilmiş məlumatlara əsasən, növbəti ildə dotasiya məbləğinin əhəmiyyətli dərəcədə azaldılmasının səbəbi yerli gəlirlər hesabına təmin edilən rayon və şəhərlərin sayının 6-dan 33-ə çatdırılmasıdır.

Nazir bildirib ki, cari xərcin 2,1 mlrd. manat və ya 17% azaldılmasına nail olunub. Xərclərin 35%-i konkret proqram və layihələrin reallaşdırılmasına yönəldiləcək.

Report agentliyinin məlumatına görə, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibklarlıq Komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, 2017-ci ilin dövlət büdcəsində heç bir sosail layihə ixtisar olunmayıb.

“İnvestisiyalar üçün də kifayət qədər vəsait ayrılmalıdır. Məktəblərin tikintisi nəzərdə tutulur, çünki hələ də qəzalı məktəblər var. 2017-2018-ci illərdə bir dənə də olsun təmirsiz məktəb qalmayacaq, hamısını tamamilə söküb yenisini tikəcəyik".

Komitə sədri əlavə edib ki, yoxsulluq, işsizlik var.

“Bunun azaldılması istiqamətində işlər görülür. Pensiyalar, əmək haqqı artmalıdır. Bunun üçün isə iqtisadi fəallıq artırılmalıdır".

Onun fikrincə, özəl sektorun hesabına tikintinin canlandırılmasına nail olunmalıdır.

Hazırda tikintidə çalışanların sayı 300 min nəfərdir”.

Ən böyük problemlədən biri bank sektoru ilə bağlıdır. Ölkəyə indiyədək 200 mlrd. manatdan çox investisiya gəlib, son 2 ildəki vəziyyət isə narahatlıq doğurur.

“700 mln. manatdan çox kredit verilib ki, bu da ÜDM-in cəmi 1 %-ni təşkil edir. Pul kütləsini artırmalıyıq ki, iqtisadi fəallğı təmin edək", komitə sədri bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG