Accessibility links

İnsan Hüquqları Günü münasibətilə “Siyasi Məhbuslara Dəstək Kampaniyası” təşkil edilib


Dekabrın 10-da İnsan Hüquqları Günü münasibətilə “Siyasi Məhbuslara Dəstək Kampaniyası” təşkil edilib
Dekabrın 10-da İnsan Hüquqları Günü münasibətilə “Siyasi Məhbuslara Dəstək Kampaniyası” təşkil edilib

Dəstək kampaniyası çərçivəsində siyasi məhbuslar üçün kitablar, məktublar, açıqcalar və digər kiçik hədiyyələr toplanıb

Siyasi Məhbusların Vahid Siyahısı üzrə İşçi Qrup dekabrın 10-da İnsan Hüquqları Günü münasibətilə “Siyasi Məhbuslara Dəstək Kampaniyası” təşkil edib.

Turan İnformasiya Agentliyinin məlumatına görə, tədbir REAL Hərəkatinin ofisində keçirilib.

Dəstək kampaniyası çərçivəsində siyasi məhbuslar üçün kitablar, məktublar, açıqcalar və digər kiçik hədiyyələr toplanıb.

İşçi Qrupun üzvləri və siyasi məhbusların vəkilləri kampaniyaya dəstək vermək üçün gələnləri qarşılayıblar. Onların arasında İntiqam Əliyev, Xədicə İsmayıl, Şahvələd Çovbanoğlu, Samir Kazımlı, Rövşən Hacıbəyli, Anar Məmmədli, Rəsul Cəfərov, Xalid Bağırov, Əsabəli Mustafayev və digər tanınmış şəxslər olub.

Günorta saatlarınadək 100-dən artıq siyasətçi, jurnalist, hüquq müdafiəçisi kampaniyaya dəstək veriblər.

Kampaniya zamanı 100-lərlə kitab toplanıb. Həbsxanalarda cəza çəkən siyasi məhbuslara çatdırılacaq. Həmin kitabları hədiyyə edənlər orda öz ürək sözlərini də qələmə alıblar.

BMT Baş Assambleyası İnsan Haqları Bəyannaməsini 1948-ci il, dekabrın 10-da qəbul edib.

O zamandan bəri 10 dekabr Beynəlxalq İnsan Haqları Günü kimi qeyd edilir.

Azərbaycan hökuməti "siyasi məhbus" anlayışını qəbul etmir. Həbs olunanların konkret cinayət əməlinə görə həbs olunduqlarını bildirir.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG