Accessibility links

Aİ Bayram Məmmədov və Qiyas İbrahimovun işlərinə yenidən baxmağa çağırıb


Avropa Birliyi

Bu barədə təşkilatın bəyanatında deyilir

Avropa İttifaqı Xarici İşlər Xidməti (European Union External Action) Qiyas İbrahimov və Bayram Məmmədovun işləri ilə bağlı bəyanatla çıxış edib.

Bəyanatda deyilir ki, gənc fəallar Qiyas İbrahimov və Bayram Məmmədov barəsində çıxarlmış sərt məhkəmə qərarı ilə fəalların 10 il müddətinə azadlıqdan məhrum edilməsi və saxlanma zamanı onlarla pis rəftar edilməsinə dair iddialar xüsusilə narahatlıq doğurur.

“Avropa İttifaqı onların işini yaxından izləyirdi və dünənki dinləmə də daxil onların hər ikisinin məhkəməsində iştirak etmişdi”, deyə sənəddə bildirilir.

Onların heç biri əvvəlllər məhkum olunmayıb və onlar siyasi qraffiti aksiyasının ardınca həbs ediliblər. Onlar qraffitini yazdıqlarını etiraf ediblər. Lakin onların hər ikisi məhkum edildikləri narkotik maddə ittihamını rədd edir.

Avropa İttifaqı Azərbaycan hakimiyyətindən bu işə ədalətli və şəffaf şəkildə, habelə ölkənin beynəlxalq öhdəliklərinə ehtiram ruhunda baxılmasını gözləyir.

“Pis rəftar və işgəncə barədə iddialar diqqətlə, müstəqil və səmərəli şəkildə araşdırılmalıdır”, deyə Aİ-nin bəyanatında qeyd edilir.

XS
SM
MD
LG