Accessibility links

Polis “qara bazarda” dollar satanları saxlayıb


Polis “qara bazarda” dollar satanları saxlayıb
Polis “qara bazarda” dollar satanları saxlayıb

Daxili İşlər orqanları xüsusi əməliyyatları davam etdirir

"Polis ayrı-ayrı şəxslər tərəfindən qanunsuz valyuta mübadiləsi əməliyyatlarının aparılmasına qarşı xüsusi əməliyyat tədbirlərini davam etdirir.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumat verib.

Məlumata görə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi Bakının Xətai rayonu ərazisində yerləşən kafelərdən birində əməliyyat-axtarış tədbiri həyata keçirib.

Nəticədə həmin obyektdə qanunsuz valyuta mübadilə fəaliyyəti ilə məşğul olunması iddio olunan Masallı rayon sakini Elnur Əkbərov, paytaxt sakinləri Fərhad Məhərrəmov və Vüsal Mikayılov 52 min ABŞ dollarını 96 min 200 manata satan zaman saxlanılıb.

Onların üzərinə baxış zamanı əlavə olaraq ümumilikdə13 min 920 ABŞ dolları məbləğində pul vəsaiti aşkar olunub.

Faktla bağlı Baş İdarənin İstintaq Şöbəsində araşdırmalar davam etdirilir.

"Elə həmin gün Sumqayıt Şəhər Polis İdarəsi şəhərin 32-ci məhəlləsində yerləşən ticarət mərkəzinin ərazisində qanunsuz valyuta mübadiləsi fəaliyyəti ilə məşğul olduqlarına görə 4 nəfər - Fərmayıl Hacıyev, Xəqani Albandayev, Azər Məmmədov, İsfəndiyar Nağıyev saxlayıb" deyə məlumatda qeyd olunub.

Tədbirlərin davamı olaraq bu fəaliyyətlə məşğul olan daha bir şəhər sakinin İsmayıl Balayev də saxlanılıb.

Həmin şəxslər barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib olunub və onlarcərimə ediliblər.

Daxili İşlər Nazirliyi vətəndaşlara xəbərdarlıq edərək bildirir ki, ölkənin maliyyə sisteminin sabit və dayanıqlılığına, maliyyə bazarlarının fəaliyyətinin səmərəli şəkildə təmin olunmasına qarşı fəaliyyət göstərən şəxslərlə mübarizə tədbirləri bundan sonra da davam etdiriləcək.

Odur ki, qanunsuz olaraq valyuta mübadiləsi ilə məşğul olan şəxslərin bu hüquqazidd əməllərdən çəkinmələri tələb olunur.

XS
SM
MD
LG