Accessibility links

Rüfət Səfərovun apellyasiya şikayəti təmin edilməyib [Vəkil Bəhruz Bayramovla müsahibə]


Rüfət Səfərov və Bəhruz Bayramov
Rüfət Səfərov və Bəhruz Bayramov

Qərardan kassasiya şikayəti veriləcək

Dekabrın 22-də Şirvan Apellyasiya Məhkəməsi Zərdab Rayon Prokurorluğunun keçmiş müstəntiqi Rüfət Səfərovun şikayətini təmin etməyib.

Məhkəmə zalında ABŞ-ın Azərbaycandakı səfirliyinin nümayəndəsi, Rüfət Səfərovun Hüquqlarını İctimai Müdafiə Komitəsinin üzvləri, ictimai xadimlər, keçmiş vicdan məhbusları olub.

Keçmiş müstəntiq Rüfət Səfərov 2016-c ilin sentyabrında rüşvət almaq ittihamı ilə 9 il azadlıqdan məhrum olunub. Bundan öncə “davranış normalarını pozduğuna görə” prokurorluq orqanlarından xaric edilib.

Onun atası, hakim partiyanın keçmiş fəalı, uzun müddət parlamentin deputatı, sonralar Müdafiə Nazirliyinin mətbuat katibi olmuş Eldar Sabiroğlu Azərbaycan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevi kəskin tənqid edib. R.Səfərovun prokurorluq orqanlarından istefası və həbsi bu tənqidi münasibətdən sonraya təsadüf edir.

Vəkil Bəhruz Bayramov Amerikanın Səsinə müsahibəsində Apellyasiya Məhkəməsinin qərarını qanunsuz və sifarişli adlandırıb.

please wait

No media source currently available

0:00 0:02:12 0:00

“Rüfət Səfərov məhkəmədəki çıxışında da həbsinin sifariş olduğunu bildirdi”, vəkil qeyd edib.

O, Apellyasiya Məhkəməsinin qərarından kassasiya şikayəti veriləcəyini və kassasiya şikayəti təmin edilmədiyi halda Avropa İnsan Haqları Məhkəməsinə müraciət ediləcəyini deyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG