Bu gün, yanvarın 20-si saat 12:00-da 27 il öncə SSRİ Silahlı Qüvvələrinin hərbi müdaxiləsi nəticəsində Bakıda həlak olan insanların xatirəsinə ehtiram olaraq Azərbaycan ərazisində nəqliyyatın və piyadaların hərəkəti 1 dəqiqəlik dayandırılıb.
Bakı buxtasında gəmilər, nəqliyyat vasitələri, metro və yerüstü qatarlar fit verib.
20 Yanvar- Ümumxalq Hüzn Günü münasibətilə Azərbaycanın xarici diplomatik korpuslarında, dövlət qurumlarında, hərbi hissələrində və gəmilərdə dövlət bayraqları endirilib.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu Bakı şəhərinə girərək dinc əhalini gülləbaran edib. Həmin hadisə nəticəsində 137 nəfər həlak olub, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz olaraq həbs edilib.