Accessibility links

Dindar Əhsən Nuruzadənin yeri məlum olub


Əhsən Nuruzadə
Əhsən Nuruzadə

Altı gün sonra onun ailəsinə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində (MCMİ) olduğunu bildiriblər

Yanvarın 24-də dindar Əhsən Nuruzadənin yeri məlum olub. Saxlanılmasından altı gün sonra onun ailəsinə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində (BMCMİ) olduğunu bildiriblər.

Bu barədə Nuruzadənin ailəsi bildirib. Onlara bazar günü məlumat verilib. Amma saxlanmanın səbəbləri haqqında ailəyə heç bir məlumat verilməyib.

Yanvarın 30-da səhər saatlarında Nuruzadəni müdafiə edən vəkil Yalçın İmanov BMCMİ-yə dəvət olunub.

İmanov bu gün Nuruzadənin yoxa çıxması və hüquq-mühafizə orqanlarının reaksiya verməməsi ilə bağlı Baş Prokurorluğa müraciət etməyə hazırlaşırdı.

Əhsən Nuruzadə ilahiyyatçı Taleh Bağırzadə və digər 17 şəxslə bağlı "Nardaran işi" üzrə məhkəmə iclaslarında daim iştirak edirdi. O, yanvarın 24-də saat 17:00-da siqaret almaq üçün evdən çıxıb və geri qayıtmayıb. Bütün bu müddət ərzində ailə üzvlərinin bütün instansiyalara - daxili işlər naziri Ramil Usubova, müxtəlif polis bölmələrinə, Ombudsman Aparatına, Beynəlxalq Qızıl Xaç Komitəsinə müraciət etməsinə baxmayaraq Nuruzadənin harada olduğunu öyrənmək mümkün olmamışdı.

XS
SM
MD
LG