Accessibility links

Azər Qasımlı: Məqalə siyasi hakimiyyətin tapşırığı ilə yazılıb [Video-müsahibə]


Azər Qasımlı: Məqalə siyasi hakimiyyətin tapşırığı ilə yazılıb
please wait

No media source currently available

0:00 0:05:51 0:00

Azər Qasımlı: Məqalə siyasi hakimiyyətin tapşırığı ilə yazılıb

REAL-ın İdarə Heyətinin üzvü Amerikanın Səsinə müsahibəsində prokurorluğun araşdırmasından danışıb

REAL Hərəkatının İdarə Heyətinin üzvü Azər Qasımlı Amerikanın Səsinə müsahibəsində qurumun rəhbərlərinin prokurorluqda dindirilməsi, REAL-ın partiya qurultayına hazırlığı və 2018-ci ildə keçiriləcək prezident seçkilərindən danışıb.

Amerikanın Səsi: Azərbaycanda saytlardan biri REAL-la İran səfirliyinin əməkdaşının görüşündən sonara sizin təşkilatınızın pul alması barədə məqalə dərc edib. Bu məqaləyə münasibətiniz necədir?

Məaqalədə yazılanlar, aydın məsələdir ki, tam böhtandır, müəyyən mənada şantajdır.

Azər Qasımlı: Bu məqaləyə münasibətimiz elədir ki, bu sifariş əsasında yazılmış bir məqalədir. Yəni, biz hesab etmirik ki, bu məqaləni yazan şəxsin düşüncələridir. Biz fikirləşirik ki, siyasi hakimiyyətin tapşırığı ilə belə bir məqalə yazılıb və ərsəyə gəlib. Məaqalədə yazılanlar, aydın məsələdir ki, tam böhtandır, müəyyən mənada şantajdır və ümumən həm bu məqaləni, həm ondan sonra olan hadisələri REAL Hərəkatına qarşı bir təzyiq kimi qiymətləndiririk.

Amerikanın Səsi: Məqalə dərc edildikdən dərhal sonra prokurorluq araşdırmalara başlayıb. Sizcə bunun səbəbləri nədir?

Sözün açığı biz elə də ciddi bir araşdırma görmürük. Hesab edirik ki, bir daha bizə qarşı bir təzyiq elementidir.

Azər Qasımlı: Yəni, bu da aydınr məsələdir. Çünki, daha əvvəl dediyim kimi, bu məqalə sifariş əsasında yazılıb. Sifariş edənlər də aydın məsələdir ki, prokurorluğa da, yəni bir göstəriş veriblər ki, bu şəxsləri, bu məsələni “araşdırın”. Sözün açığı biz elə də ciddi bir araşdırma görmürük. Hesab edirik ki, bir daha bizə qarşı bir təzyiq elementidir. Həm ictimaiyyət arasında bizi təkələmək məqsədi güdən bir məsələdir. Həm guya bizim qərbyönümlü olmağımız və İranla hər hansı bir əlaqədə olmağımızı deməklə, guya bizim buradakı qərb səfirlikləri ilə münasibətlərimizi pisləşdirmək istəyirlər. Yəni, məqsədlərindən biri budur. Digər məqsədlər də var. Bizi qorxutmaq, təzyiq göstərmək. Amma, bir məqsəd də var. Biz hesab edirik ki, ən önəmli məqsəd odur ki, hakimiyyət Azərbaycan iqtisadiyyatını necə inhisarla idarə edir, bizim bölgədə olan ölkələrin, konkret İranın, Rusiyanın, Türkiyənin səfirliklərinin hər hansı siyasi partiyalarla görüşmsini istəmirlər. Yəni, bu mözunu da hakimiyyət monopoliya altında saxlamaq istəyir.Hakimiyyət onlara bir mesaj ötürür ki, baxın Azərbaycanla sizin ölkələr arasında olan münasibətləri, bu münasibətlərin perspektivlərini müzakirə etymək istəyirsinizsə, gəlin Azərbaycan iqtidarı ilə bunu müzakitrə edin. Yalnız, Azərbaycan iqtidarı ilə müzakirəə edin. Hər hansı siyasi partiyalarla bunu müzakirə etməyin.

Amerikanın Səsi: REAL-ın həbsdə olan lideri İlqar Məmmədov sizə partiya quruculuğunun sürətləndirilməsi ilə bağlı səlahiyyət verib. Hazırda partiya quruculuğu işi nə yerdədir? REAL nə vaxt siyasi partiya qurultayını keçirəcək?

Bu il ərzində qurultayın keçirilməsi planlaşdırılıb.

Azər Qasımlı: Partiya quruculuğu ilə bağlı işlər öz axarı ilə gedir. Nə yavaş gedir, nə də sürətlə gedir. Yəni, hansısa məqamda biz prosesləri daha da sürətləndiririk, hansısa bir məqamda yavaşımağa məcbur oluruq. Yəni ölkədəki vəziyyətə uyğun olaraq biz də davranırıq. Amma, ümumən onu deyim ki, biz artıq demək olar ki, qurultaya hazır vəziyyətdəyik. Həm üzvlərimizin sayı baxımından, həmdə ki, təşkilatlanma baxımından. Biz öz strukturlarımızla artıq Azərbaycanın 80-85 faizini əhatə etmişik. Yəni 20 el məclisi artıq formalaşıb, fəaliyyətdədir. Toplam 23-24 məclis olmalıdır. Bu məclislər də təsis olunacaq. Çox yaxın perspektivdə biz partiyanın qurultayını keçirməyi düşünürük. Bu perspektivi də, çox ehtimal, bu il ərzində görürük. Bu il ərzində qurultayın keçirilməsi planlaşdırılıb.

Amerikanın Səsi: REAL 2018-ci ildə keçiriləcək və ya növbədənkənar prezident seçkiləri elan edilərsə iştirak edəcəkmi? Namizədiniz kim olacaq?

Bu gün bizim namizədimiz həbsdədir, yəni İlqar Məmmədovdur. Bizim ikinci bir namizədimiz yoxdur.

Azər Qasımlı: Məncə bu haqda, bu gün danışmaq bir az tezdir. Çünki köhnə konstitusiyaya görə prezident seçkiləri 2018-ci ildə keçirilməlidir. Amma, referendumla yeni konstitusiya da qəbul olunub. Əgər, prezident öz səlahiyyətlərindən istifadə edib yeni növbədənkənar seçkilər elan edəcəksə, ola bilsin, bu 2017-ci ildə olsun və ya 2018-ci ilin əvvəlində olsun. Bunu demək çətindir. O Azərbaycan rəhbərliyinə aid olan bir məsələdir. Bu gün bizim namizədimiz həbsdədir, yəni İlqar Məmmədovdur. Bizim ikinci bir namizədimiz yoxdur. Düşünürük ki, yaxın perspektivdə İlqar Məmmədov həbsdən azad olunacaq və aydındır ki, İlqarın seçkilərdə iştirak etmək hüququ yoxdur. Çünki həbsdə olan bir şəxs idi. Amma, biz onun seçkilərdə iştirak etmək hüququ uğrunda mübarizəyə başlayacağıq. Yəni, bizim namizədimiz İlqar Məmmədovdur. Düşünürəm ki, İlqar Məmmədovla da seçkiyə gedəcəcyik.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin heç bir təsirli müxalifət olmadan seçkilərdə qalib gəlib
please wait

No media source currently available

0:00 0:11:28 0:00
XS
SM
MD
LG