Accessibility links

Prezident İlham Əliyevdən Roma Papasına təbrik


İlham Əliyev Roma Papası Fransisi Tacqoyma Günü münasibətilə təbrik edib

Prezident İlham Əliyev Roma Papası Fransisi Tacqoyma Günü münasibətilə təbrik edib.

Təbrik məktubunda deyilir ki, "biz Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasındakı münasibətlərə xüsusi əhəmiyyət veririk. Sivilizasiyalararası və dinlərarası dialoqun, multikulturalizm dəyərlərinin qorunub saxlanması və daim inkişaf etdirilməsi yolunda fəal və səmərəli əməkdaşlığımız məmnunluq doğurur”.

İ.Əliyev Azərbaycan ilə Vatikan arasındakı əməkdaşlıqğın bundan sonra da davam edəcəyinə, birgə atılan addımların bundan sonra da dünyada sülhün və əmin-amanlığın, insanlar arasında qarşılıqlı anlaşma və həmrəyliyin bərqərar olmasına xidmət edəcəyinə inandığını bildirib.

Sayca 266-cı Papa olan Fransis 2013-cü ildə Roma Papası seçilib. O, 2016-cı ilin oktyabrında Bakıda olub.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG