Accessibility links

Keçmiş səhiyyə nazirinin məhkəməsi başlayıb


Əli İnsanov
Əli İnsanov

Bu gün Qaradağ rayon Məhkəməsində hakim Rəşad Mustafayevin sədrliyi ilə

həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanovun cinayət işi üzrə hazırlıq iclası başlayıb.

Amerikanın Səsinin müxbirinin verdiyi məlumata görə məhkəmənin baxış iclası aprelin 12-nə təyin edilib.

Keçmiş səhiyyə naziri Əli İnsanov 2005-ci ilin oktyabrında dövlət çevrilişinə cəhd ittihamı ilə həbs olunub. Sonradan iqtisadi cinayətlərdə ittiham olunaraq 11 il müddətinə həbs edilib.

2016-cı ilin oktyabrında Ə.İnsanovun həbs müddətinin bitməsinə bir neçə gün qalmış ona Cinayət Məcəlləsinin üç maddəsi ilə yeni ittiham irəli sürülüb.

2016-cı il oktyabrın 11-də Qaradağ Rayon Məhkəməsi prokurorluğun təqdimatı əsasında sabiq nazirin həbs edilməsi barədə qərar çıxarıb.

Avropa İnsan Hüquqları Məhkəməsi Ə.İnsanovun hüquqlarının pozulduğunu tanıyıb. Ancaq Azərbaycan hakimiyyəti hökmü dəyişdirməyib. Avropa Şurası Nazirlər Kabineti dəfələrlə Azərbaycan hökumətini Avropa İnsan Hüquqları Məhkəməsinin qərarını yerinə yetirməyə çağırıb.

XS
SM
MD
LG