Accessibility links

“Sovetski” adlanan ərazisində “Hacı Cavad” məscidi sökülür


“Sovetski” adlanan ərazisində “Hacı Cavad” məscidi sökülür
“Sovetski” adlanan ərazisində “Hacı Cavad” məscidi sökülür

Polislə dindarlar arasında qarşıdurma olub

Bu gün səhər saatlarından keçmiş Sovetski küçəsi ərazisində polis və “Hacı Cavad” məscidinin binasını boşaltmaqdan imtina edən bir qrup dindar arasında qarşıdurma yaranıb.

Turanın məlumatına görə bina şəhər infrastrukturunun genişmiqyaslı yenidənqurması və yeni yolların tikintisi gedən zonada yerləşir. Plana əsasən, memarlıq əhəmiyyəti olmayan bu bina sökülməlidir.

Amma dindarlar dairəvi müdafiə xətti təşkil edərək, getməkdən imtina edir, məscidi sökməməyi tələb edirlər.

“Sovetski” adlanan ərazisində “Hacı Cavad” məscidi sökülür
“Sovetski” adlanan ərazisində “Hacı Cavad” məscidi sökülür

Polisin məsciddən və ona bitişik ərazidən uzaqlaşdırmaq cəhdlərinə baxmayaraq, 200-ə yaxın dindar Hacı Cavad məscidinin sökülməsinə imkan verməyib.

Günortadan sonra polis və yerli hakimiyyət nümayəndələri bu zonanı tərk ediblər, dindarlar isə nümayişkaranə şəkildə məscidin içində deyil, küçədə namaz qılıblar.

Xatırladaq ki, bu bina klassik məscid formasında deyil – o, kub şəklindədir və minarəsi yoxdur.

Daxili məkanın ölçüləri böyük deyil - 12x18 metr. Tavan yüksəkliyi 6 metrdir. Məscid icmasının sözlərinə görə, bina tacir Hacı Cavad tərəfindən tikilib və 19-cu əsrə aiddir.

Şeyxülislam Hacı Allahşükür Paşazadə
Şeyxülislam Hacı Allahşükür Paşazadə

Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə jurnalistlərə bildirib ki, məscidin söküntüsü o məscidin camaatı ilə razılaşdırılmalıdır. Söküntü ərazinin abadlaşdrılması məqsədilə həyata keçirilirsə, bu söküntüyə bəraət verilə bilər.

Ötən gecə inşaatçılar söküntü zonasında yerləşən 19-cu əsrə aid istifadə olunmayan daha bir kiçik məscidi söküblər. Buna görə dindarlar hakimiyyətin məscidi dindarların az olacağı və ciddi müqavimət göstərə bilməyəcəyi gecə saatlarında sökə biləcəyindən ehtiyatlanırlar.

Mübariz Qurbanlı
Mübariz Qurbanlı

«Hacı Cavad» məscidi ilə bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı da fikrini bildirib.

M.Qurbanlı «Sovetski»də iki məscidin sökülməsi ilə bağlı APA-ya bildirib ki, onlar qeydiyyatda deyil, köhnə olduğundan yararsız hala düşüb. Ərazidə bütün köhnə tikililər sökülür, o cümlədən də orada iş aparılır.

Komitə sədri vurğulayıb ki, həmin ərazidə yaşayan insanlarla söhbət aparılıb, lazım gələrsə, başqa yerdə eyni məhəllə məscidinin tikiləcəyi onlarla razılaşdırılıb. Bununla belə M.Qurbanlı bildirib ki, məsələ ətrafında din adı altında süni ajiotaj yaratmaq istəyənlər var: «O məscidlərə ən çox halda cümə və bayram namazına 80-100 nəfər ancaq yığılardı. Normal namazlarda isə 3-5 nəfər gələr və ya gəlməzdi. Ora nə tikili, nə də məscid kimi qeydiyyatdadır. Ötən əsrin əvvəllərində tikilmiş, tamamilə yararsız hala düşmüş «məhəllə məscidi» deyilən bir yer idi. Ərazinin ətrafında dörd böyük məscid var və necə lazımdırsa fəaliyyət göstərir, insanlar ibadətlərini edirlər. Bu səbəbdən oradakı sakinlərin heç bir narazılığı yoxdur, əksinə, məqbul sayırlar. Bu məsələ ətrafında süni ajiotaj yaradanlar, hay-küy salanlar dindən kənar, din adından istifadə edən qüvvələrdir».

Ərazidə «Hacı Əbdülrəhimbəy Qulubəyov» məscidi artıq sökülüb. «Hacı Cavad» məscidinin də söküləcəyi bildirilir.

XS
SM
MD
LG