Accessibility links

Əli Kərimli prokurorluğa çağırılıb


Əli Kərimli
Əli Kərimli

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli aprelin 21-də prokurorluğa çağırılıb. Bu barədə Əli Kərimli öz Facebook səhifəsində yazıb.

Ə.Kərimlidən başqa, AXCP sədrinin müavini Gözəl Bayramlı və AXCP Təşkilat Şöbəsinin müdiri Saqif Qurbanov da prokurorluğa dəvət edilib.

AXCP sədri Əli Kərimlinin deyib ki, prokurorluq hakim partiyanın göstərişi ilə hərəkət edir.

"Biz (Milli Şura) "Talana, korrupsiyaya, monarxiyaya yox!" tələbi ilə mitinq təşkil edəndə, Yeni Azərbaycan Partiyasının sözçülərindən olan Siyavuş Novruzov demişdi ki, Əli Kərimlinin özünü korrupsiya işinə cəlb etmək lazımdır. Bizi şərləmişdi ki, guya AXCP rəhbərliyi partiyanın üzvü olmayan mühacirlərə üzvlük vəsiqələri verib. Biz təbii ki, bu açıqlamanı ciddiyə almamışdıq. Çünki mən və ətrafım yüzdə-yüz təmiz olmasaydıq, bu korrupsioner rejimlə açıq mübarizədə bu qədər davam gətirə bilməzdik. Bizim hər addımımız izlənilir, böyür-başımızda bunların xəfiyyələri dolaşır. Bizim tək bir qanunsuz hərəkətimiz olsaydı, çoxdan ifşa edilәrlər", Ə.Kərimli bildirib.

Absurd hesab etdikləri işlərə cəlb olunmalarının ilk olmadığını deyən Ə.Kərimli prokurorluğa gedəcəklərini bildirib.

Ə.Kərimlinin bu açıqlamasına prokurorluqdan hələ münasibət almaq mümkün olmayıb.

XS
SM
MD
LG